BURADA REKLAMINIZ OLA
BİLƏR

ABŞ Prezidenti: İran nüvə silahı əldə etsə, inanılmaz nəticələrlə üzləşəcək

Əgər nüvə silahı əldə etsə, İranın başına “cəhənnəm yağacaq”.

 

Bunu ABŞ Prezidenti Donald Tramp Qətər Əmiri ilə görüşündə deyib.

 

Tramp bildirib ki, onun üçün vacib olan yeganə məsələ İranın heç vaxt nüvə silahına malik olmamasıdır.

 

O qeyd edib ki, bu məsələ razılaşmada aydın şəkildə öz əksini tapıb: “Onlar nüvə silahı istehsal etməyəcək və almayacaqlar. Bunu etsələr, inanılmaz nəticələrlə üzləşəcəklər”.

 

ABŞ Prezidenti İranla müharibənin başlama səbəbinin də məhz bu olduğunu vurğulayıb.APA

Tarix: 16 İyun 2026, 14:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin