BURADA REKLAMINIZ OLA
BİLƏR

Qulu Məhərrəmli: “Audiovizual Şuranın və Medianın İnkişafı Agentliyinin birləşməsinin məntiqi əsası var”

“Yeni medianın yaranması, saytların ortaya çıxması, elektron sistemlə audiovizual sistemin bir-birinə qovuşması artıq başqa reallıq yaradır. Bütün hallarda əsas məsələ medianın - həm saytların, həm internet mediasının, həm də televiziya-radio fəaliyyətinin tənzimlənməsidir. Yəni burada məntiqə zidd heç nə yoxdur. Belə bir söhbətlər ortaya çıxıbsa, deməli, həm hüquqi, həm də ictimai əsası var”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında  media eksperti, professor Qulu Məhərrəmli deyib.

 

Professor bildirib ki, dünya təcrübəsində yazılı mətbuatı tənzimləyən qurumlar başqadır: “Bizdəki Mətbuat Şurası kimi qurumlardır. Əsasən qəzetlərlə ictimaiyyət, şikayətçilərlə qəzet arasında münasibətləri tənzimləyir. Televiziya, radio yayımı isə dövlət qurumu sayılır, çünki elektron medianın tənzimlənməsi bir az mürəkkəb sistemdir.  Burada tezliklər, müxtəlif dövlət resursları, milli təhlükəsizlik məsələsi var. Buna görə də bunun tənzimlənməsi ilə dövlət qurumları məşğul olur. Bizdə son illər yaradılmış Medianın İnkişafı Agentliyi də dövlət qurumu kimi çıxış edir.  Buna görə də Audiovizual Şuranın və Medianın İnkişafı Agentliyinin birləşməsinin müəyyən məntiqi əsası var".

 

Aytəkin Qardaşova

Tarix: 16 İyun 2026, 14:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin