BURADA REKLAMINIZ OLA
BİLƏR

“Yanımızda ol, səhnəyə qayıt” - VİDEO

Xalq artisti Mələkxanım Eyubova “Qonaqcanlı” verilişində bacısı oğlu, müğənni Mirkamil Kamilov barədə danışıb və ona səhnəyə qayıtması üçün çağırış edib.

 

O bildirib ki, Mirkamil Kamilovun sənətə qayıdışı ilə bağlı gözləntilər var və onu tez-tez soruşurlar:

 

“Onu çox sevirik. O gün olsun yanımda əyləşəsən. Bizi də qınayırlar. Məni görüb soruşurlar: nə qədər deyim, Mirkamil gələcək. Toparlan, gəl səhnəyə, yanımızda ol”.

 

Mirkamil Kamilov isə açıqlamasında hazırda müəyyən şəxsi və yaradıcı məsələlərin həllini gözlədiyini deyib:

 

“Müəyyən məsələlər var, öz həllini tapsın, sonra yeni bir şey təqdim edərik. Köhnə mövzulardan yorulmuşam”.

 

Qeyd edək ki, müğənni 2014-cü ildə ürəyindən əməliyyat olunub. Son günlərdə isə o, yenidən ürəyindən əməliyyat keçirib.

 

 

Tarix: 17 İyun 2026, 14:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin