BURADA REKLAMINIZ OLA
BİLƏR

Brejnevin nəvəsi Ukraynada əsir düşüb – İnanılmaz təfərrüat - FOTO

Ukraynada əsir düşən Rusiya hərbçilərindən birinin keçmiş SSRİ rəhbəri Leonid Brejnevin ögey nəvəsi olduğu iddia edilir.

 

Bu barədə Rusiyanın “Baza” Telegram kanalı məlumat yayıb.

 

“Söhbət 45 yaşlı Anton Milayevdən gedir. O, ötən ilin payızında istehkamçı kimi cəbhəyə yollanıb və noyabr ayından etibarən yaxınları ilə əlaqə saxlaya bilməyib.

 

Bir neçə ay sonra ailəsinə Milayevin Ukraynanın nəzarətində olan Xerson vilayəti ərazisində əsir götürüldüyü barədə məlumat verilib.

 

Anton Milayev SSRİ-nin sabiq lideri Leonid Brejnevin qızı Qalina Brejnevanın ilk həyat yoldaşı, tanınmış sirk artisti Yevgeni Milayevin nəvəsidir. Bildirilir ki, Qalina Brejneva onu öz nəvəsi kimi böyüdüb.

 

Anton Milayevin əsir düşməsi ilə bağlı məlumatı onun anası İrina Kuznetsova da təsdiqləyib”, - deyə qeyd edilib. Globalinfo

Fotoları təqdim edirik
Tarix: 18 İyun 2026, 11:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin