BURADA REKLAMINIZ OLA
BİLƏR

Andrey Yatskin: Rusiya və Azərbaycan liderləri ikitərəfli əməkdaşlığın strateji vektorunu müəyyənləşdirirlər

Parlamentlərarası Komissiyanın işi Rusiya və Azərbaycan rəhbərlikləri tərəfindən müəyyən edilmiş strateji istiqamətlərə uyğun olaraq həyata keçirilir.

 

Bu barədə Rusiya Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisinin parlamentlərarası əməkdaşlıq Komissiyasının 24-cü iclasında bildirib.

 

Andrey Yatskin hər iki ölkə liderlərinin ikitərəfli münasibətlərin inkişafına xüsusi diqqət yetirdiyini qeyd edib.

 

“Ölkələrimizin liderləri Vladimir Putin və İlham Əliyev fəaliyyətmizə böyük əhəmiyyət verirlər. Onlar əməkdaşlıq üçün strateji vektor müəyyən edirlər və parlamentlərin üzvləri konkret təşəbbüslər və birgə iş vasitəsilə onun daha da inkişafını təmin etməlidirlər”, - deyə o bildirib.

 

Birinci müavinin sözlərinə görə, müntəzəm əlaqələr və əldə edilmiş razılaşmaların icrasının monitorinqi parlamentlərarası əməkdaşlığın ən vacib elementləri olaraq qalır.

 

Yatskin vurğulayıb: “Komissiyanın qərarlarının icrasını yaxından izləyirik. Onlar formal deyil, praktik xarakter daşıyır və konkret nəticələrə nail olmağa yönəlib”.

Tarix: 18 İyun 2026, 11:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin