BURADA REKLAMINIZ OLA
BİLƏR

“Seçicilər deməzmi ki, verdiyim mandatı məsləhətləşmədən nə haqla yerə qoyursan?” - Baş redaktor

“Seçkilərdə iştirak hər kəsin fundamental haqqıdır və bu iddiasını ortaya qoyanlara heç kim mane ola bilməz. Ancaq az əvvəl Milli Məcilisin buraxılmasına tək bircə nəfərdən başqa bütün deputatlar səs verdilərsə, bu gün həmin deputatlardan bir çoxlarının yenidən seçkiyə qatılmaq iddiası ilə ortada görünməsini məntiqli saya bilmirəm”.

 

Pravda.az-ın xəbərinə görə, bunu “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

 

“Məntiq o zaman olardı ki, təkcə həmin o deputatdan başqa (kimliyini bilirik) bütün digər deputatlar yenidən seçkiyə getməyin özləri üçün məntiqli olmadığı barədə birmənalı bəyanat verəydilər... Hələ onu demirəm ki, xüsusilə də müstəqillər onlara mandat vermiş seçiciləri ilə heç bir məsləhətləşmə aparmadan parlamentin buraxılması təşəbbüsünə qoşuldular və seçicilərin bir çox iddiaçıların arasında məhz onlara verdikləri mandatı yerə qoydular... Seçicilər deməzmi ki, mənim verdiyim mandatı mənimlə məsləhətləşmədən nə haqla yerə qoyursan?”

Tarix: 16 Dekabr 2019, 15:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin