BURADA REKLAMINIZ OLA
BİLƏR

Yazıçılar Birliyinə qəbul dayandırıldı

"Azərbaycan Yazıçılar Birliyi (AYB) 2027-ci ilə qədər quruma üzv olmaq üçün edilən müraciətlərə baxmayacaq".

 

Pravda.az xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza məlumat verib

 

Onun sözlərinə görə, bu qərar birliyin qəbul komissiyası tərəfindən verilib.

 

AYB təmsilçisi onu da əlavə edib ki, birliyə üzvlük üçün edilən müraciətlərə yalnız qurultaydan sonra baxılacaq. Qurultayın isə 2027-ci ilin payızında keçirilməsi nəzərdə tutulur.

 

O bildirib ki, 5 il ərzində üzvlük haqqını ödəməyən şair və yazıçıların AYB üzvlüyündən xaric edilməsi ilə bağlı qərardan sonra üzvlük haqlarının ödənilməsində canlanma müşahidə olunur: “Üzvlük haqqı ildə bir dəfə ödənilir. Biz üzvlərdən gecikdirilmiş ödənişlərin edilməsini tələb edirdik".

 

Xatırladaq ki, bir müddət əvvəl AYB üzvlük haqqını ödəməyən bir qrup şair və yazıçını qurumdan xaric edib.

 

Qeyd edək ki, illik üzvlük haqqı 15 manat təşkil edir.

Tarix: 18 İyun 2026, 14:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin