Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən İlyas Hacıyevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 2 il 9 ay 9 gün müddətə azadlıqdan məhrum edilib və məhkəmə iclası zalında həbs olunub.
İttihama əsasən, İlyas Hacıyev ötən il axşam saatlarında yaşadığı Gəncə şəhərində qonşusu, zərərçəkmiş Adil Dadaşovla (adı, soyadı şərtidir) şəxsi münasibətlər zəminində mübahisə edib. Tərəflər arasında yaranmış narazılığa səbəb zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə kobud zarafat etməsi və onu təhqir etməsi olub.
Mübahisə zamanı İlyas yaxınlıqda, küçədən keçən su arxının kənarında olan taxta parçasını götürərək Adilə iki dəfə zərbə endirib. Zərbələr zərərçəkmiş şəxsin bel nahiyəsinə dəyib.
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, hadisə nəticəsində zərərçəkmiş şəxs qarın boşluğunun qapalı küt travması, daxili qanaxma, dalağın cırılması və hematoması kimi ağır xəsarətlər alıb. Həmin xəsarətlər həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilib.
Beləliklə, istintaq orqanı İlyas Hacıyevin zərərçəkmişin sağlamlığına qəsdən ağır zərər vurmaqda təqsirləndirib.
Məhkəmə istintaqı zamanı ifadə verən İlyas Hacıyev Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildiyini deyib.
O, ifadəsində göstərib ki, Adili uşaqlıq illərindən tanıyıb və uzun illər qonşuluq münasibətləri saxlayıblar. Onların arasında daim zarafatlar olub və əvvəllər hər hansı ciddi münaqişə yaşanmayıb.
Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisədən əvvəlki günlərdə yaxın qohumlarından biri vəfat edib və bu səbəbdən özünü mənəvi cəhətdən ağır vəziyyətdə hiss edib. Hadisə baş verən gün də psixoloji baxımdan gərgin olub.
İlyas bildirib ki, mübahisə zamanı zərərçəkmiş şəxs onunla kobud şəkildə zarafat edib və deyilən sözlər xətrinə dəyib. Təqsirləndirilən şəxs Adilə həmin zarafatın yersiz olduğunu və onu narahat etdiyini desə də, qarşı tərəfin davranışından incik qaldığını qeyd edib.
İfadəsinə görə, həmin vaxt yerdə taxta parçası görüb və Adilə bir daha belə zarafat etməməsi məqsədilə onu götürərək zərərçəkmişin kürək nahiyəsinə iki dəfə vurub.
İlyas hadisədən sonra Adili köməksiz qoymadığını, əksinə ona yardım göstərərək evinə qədər apardığını söyləyib. Daha sonra bacısının yaşadığı evə gedərək baş verən hadisə barədə ona məlumat verib. Bacısının onu danladığını deyən təqsirləndirilən şəxs sonradan öz evinə qayıdıb. Ertəsi gün iş tapmaq məqsədilə Bakı şəhərinə gedib. Lakin Bakıda olarkən zərərçəkmiş şəxsin xəstəxanaya yerləşdirildiyi və vəziyyətinin ağır olduğu barədə məlumat alıb. Bundan sonra dərhal geri qayıtmaq qərarına gəlib və Gəncə istiqamətində yola düşüb.
Təqsirləndirilən şəxs bildirib ki, sonradan könüllü şəkildə polis orqanına gələrək baş vermiş hadisə ilə bağlı izahat verib.
Məhkəmədə əlavə ifadə verən İlyas hadisə zamanı spirtli içki qəbul etmədiyini, emosional vəziyyətinin isə yaxın qohumunun vəfat etməsi səbəbindən gərgin olduğunu deyib. O, zərərçəkmişə yerdən götürdüyü taxta parçası ilə iki dəfə zərbə endirdiyini etiraf edib.
Təqsirləndirilən şəxs həmçinin Adillə sonradan barışdıqlarını, ona dəymiş maddi ziyanın tam ödənildiyini və baş vermiş hadisəyə görə peşman olduğunu bildirib.
Məhkəmə araşdırmaları zamanı tərəflərin ifadələri, ekspertiza rəyləri və iş üzrə toplanmış digər sübutlar əsasında hadisənin bütün halları ətraflı şəkildə qiymətləndirilib.
Kamal Məmmədov
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
Ən son xəbərləri səhifəmizdən də izləyin