Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürmədə təqsirləndirilən Maşallah Əliyevin cinayət işinin bəzi detalları məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Bəhruz Müslümovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
İttihama əsasən, Maşallah Əliyev 20 sentyabr 2025-ci il tarixdə saat 16 radələrində Goranboy rayonunun Hazırəhmədli kəndində yerləşən yaşadığı fərdi yaşayış evində olarkən həyat yoldaşı İ.Tağıyevaya məxsus mobil telefona gələn bildirişi görüb. Telefonu açaraq "WhatsApp" tətbiqindəki yazışmalarla tanış olan şəxs arvadının başqa bir kişi ilə sevgi münasibətində olduğunu, həmin şəxsə açıq-saçıq fotoşəkillər və müxtəlif məbləğlərdə pul göndərdiyini aşkar edib.
İstintaq materiallarına əsasən, Maşallah bundan sonra həyat yoldaşını yanına çağıraraq yazışmalarla bağlı ona suallar verib. O, İ.Tağıyevadan həmin şəxslə münasibətinin olub-olmamasını soruşduqda, qadın övladlarının canına and içərək heç kimlə sevgi münasibətində olmadığını bildirib. Lakin mobil telefonda aşkar edilmiş yazışmalar, fotoşəkillər və səs yazıları ona nümayiş etdirildikdən sonra təqsirləndirilən şəxs daha da qəzəblənib və arvadını öldürmək qərarına gəlib.
Belə ki, o, üzərində olan turist bıçağından istifadə edərək qadının döş qəfəsi və bədəninin müxtəlif nahiyələrindən çoxsaylı zərbələr endirib. Nəticədə zərərçəkmiş şəxsə qarın və döş qəfəsinin ön səthində daxilə keçən, qaraciyərin və ağciyərin zədələnməsi ilə müşayiət olunan iki ədəd deşilmiş-kəsilmiş yara yetirilib. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, həmin xəsarətlər həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurma kateqoriyasına aid edilib və daxili qanaxma nəticəsində qadının ölümünə səbəb olub.
Bundan başqa, İ.Tağıyevanın sağ bazusunda, boynunun arxa səthində və bel nahiyəsində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan deşilmiş-kəsilmiş yaralar da aşkarlanıb. İstintaq orqanının qənaətinə görə, Maşallah bu əməlləri ilə həyat yoldaşını qəsdən öldürərək onu həyatdan məhrum edib.
Məhkəmə istintaqı zamanı ifadə verən Maşallah Əliyev Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini deyib.
Onun sözlərinə görə, hadisədən əvvəl İ.Tağıyeva xəstə olduğunu bildirərək bir müddət ailəsinin yaşadığı evə gedib. Təqsirləndirilən şəxs həmin müddətdə ona dərmanlar alaraq göndərib. Sonradan İ.Tağıyeva telefonunu götürmək üçün yenidən evə qayıdıb. Telefonu açan zaman isə profildə uşaq şəkli olan bir şəxsdən gəlmiş mesaj diqqətini çəkib.
Maşallah Əliyev bildirib ki, həyat yoldaşından həmin şəxsin kim olduğunu soruşduqda, İ.Tağıyeva onun xalası oğlu Habil olduğunu deyib. Əvvəlcə buna inansa da, sonradan telefondakı yazışmaları, səs qeydlərini və fotoşəkilləri gördükdən sonra onların arasında yaxın münasibət olduğunu anlayıb.
İfadəsində qeyd edib ki, həmin materiallarla tanış olduqdan sonra əsəblərinə hakim ola bilməyib və bıçaqla həyat yoldaşına bir neçə zərbə endirib. Daha sonra telefonda aşkar etdiyi yazışma və şəkilləri İ.Tağıyevanın atası və qardaşına göndərib, ardınca isə polisə gedərək törətdiyi əməli etiraf edib.
Maşallah Əliyev məhkəmədə söyləyib ki, İ.Tağıyeva ilə 18 il birlikdə yaşayıb. Onların üç övladı var. O, ailəsini fəhləlik etməklə dolandırdığını, həyat yoldaşının isə evdar qadın olduğunu və uzun illər münasibətlərinin normal davam etdiyini deyib.
Təqsirləndirilən şəxsin sözlərinə görə, ailədə ciddi problemlər təxminən iki ay əvvəl arvadının xalası oğlu Habil ilə münasibətdə olması barədə məlumat əldə etdikdən sonra yaranıb. O deyib ki, həmin vaxt gecə saatlarında evə qayıdarkən İ.Tağıyevanın telefonuna gələn mesajı görüb və maraq nəticəsində yazışmaları oxuyub. Yazışmaları açdıqda Habilə məxsus olduğunu düşündüyü səs yazılarına qulaq asıb. Həmin səs yazılarında kişinin İ.Tağıyevanı kənddə müəyyən bir yerə çağırdığını eşidib. Bundan sonra həyat yoldaşından məsələ ilə bağlı soruşduqda, qadın həmin şəxsin sadəcə qohumu olduğunu bildirib.
Daha sonra Maşallah telefonun yaddaşında çoxsaylı yazışmalar, fotoşəkillər və səs qeydləri aşkarladığını, bunun ailə münasibətlərində ciddi böhran yaratdığını və nəticədə hadisənin baş verdiyini deyib.
İş üzrə araşdırmalar məhkəmədə davam etdirilib və tərəflərin ifadələri, ekspertiza rəyləri, eləcə də digər sübutlar əsasında hadisənin bütün halları qiymətləndirilib.
Məhkəmənin hökmü ilə Maşallah Əliyev cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 9 il müddətə azadlıqdan məhrum edilib.
Kamal Məmmədov
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
Ən son xəbərləri səhifəmizdən də izləyin