Gəncə Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhddə və xuliqanlıqda təqsirləndirilən Samir Daşdəmirovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 8 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, Samir Daşdəmirov ilə əvvəllər dostluq münasibətlərində olmuş zərərçəkmiş Rüstəm Əlizadə (adı, soyadı şərtidir) arasında hadisədən bir neçə gün əvvəl şəxsi münasibətlər zəminində mübahisə yaranıb.
Belə ki, tərəflər arasında baş vermiş mübahisə zamanı Rüstəmin onu təhqir etməsi təqsirləndirilən şəxsdə narazılıq yaradıb və bu səbəbdən o, zərərçəkmişdən qisas almaq məqsədilə onu öldürmək qərarına gəlib.
İstintaq materiallarına əsasən, Samir həmin niyyətini həyata keçirmək üçün 2024-cü ildə axşam saatlarında yaşadığı Gədəbəy rayonunun Qurudərə kəndində yerləşən evindən mətbəx bıçağı götürərək Gədəbəy şəhərində yerləşən "Mağara" kafesinə yollanıb. O, Rüstəmlə qarşılaşacağı təqdirdə planlaşdırdığı cinayəti törətmək məqsədi güdüb.
Həmin gün saat 21 radələrində təqsirləndirilən şəxs kafeyə daxil olarkən Rüstəmin dostları ilə birlikdə orada əyləşdiyini görüb. Bundan sonra Samir zərərçəkmiş şəxsi mübahisəyə cəlb etmək və öz niyyətini həyata keçirmək üçün müxtəlif qıcıqlandırıcı hərəkətlər edib, ünvanına ifadələr işlədərək onu söhbətə və qarşıdurmaya sövq etməyə çalışıb.
Rüstəm baş verənlərin səbəbini öyrənmək üçün onunla eyni masada əyləşdikdən sonra tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı təqsirləndirilən şəxs çiynindən asdığı çantadan bıçağı çıxararaq zərərçəkmiş şəxsə hücum edib.
Cinayət işinin materiallarında göstərilib ki, hadisə ictimai yer hesab olunan kafedə, digər şəxslərin gözü qarşısında baş verib. Samirin hərəkətləri nəticəsində kafedə olan şəxslər arasında təşviş yaranıb, müəssisənin normal fəaliyyəti pozulub. Qarşıdurma zamanı kafedə olan masalardan biri aşıb, masa üzərində olan üç ədəd qədəh sınaraq yararsız hala düşüb və nəticədə əmlaka maddi ziyan dəyib.
Məlumata görə, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi öldürmək məqsədilə onun həyat üçün vacib orqanlarının yerləşdiyi nahiyələrə bıçaqla ardıcıl zərbələr endirib. Nəticədə Rüstəm döş qəfəsinin və qarın boşluğunun daxilə keçən deşilmiş-kəsilmiş yaralarını, sol tərəfli hemotoraksı, sol ağciyərin zədələnməsini, nazik bağırsağın travmasını və daxili qanaxma ilə müşayiət olunan ağır bədən xəsarətlərini alıb.
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, həmin xəsarətlər həm ayrı-ayrılıqda, həm də ümumilikdə həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurma əlamətlərinə malik olub.
İstintaqın qənaətinə görə, təqsirləndirilən şəxs zərərçəkmişi öldürmək məqsədilə ona əlavə bıçaq zərbələri vurmağa cəhd göstərsə də, kafedə olan şəxslərin müdaxiləsi nəticəsində niyyətini sona çatdıra bilməyib. Həmçinin Rüstəmin aktiv müqavimət göstərməsi və vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım alması onun həyatının xilas olunmasına səbəb olub.
Bu səbəbdən istintaq orqanı Samir Daşdəmirovun hərəkətlərini qəsdən adam öldürməyə cəhd və silah qismində istifadə edilən əşyadan istifadə etməklə xuliqanlıq kimi qiymətləndirib.
Məhkəmə istintaqı zamanı dindirilən Samir Daşdəmirov ona Cinayət Məcəlləsinin 29, 120.2.2 və 221.3-cü maddələri ilə verilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.
O, ifadəsində deyib ki, Rüstəmlə əvvəllər dostluq münasibətləri olub və aralarında hər hansı düşmənçilik mövcud olmayıb. Hadisədən bir neçə gün əvvəl aralarında müəyyən narazılıq yaransa da, məqsədi həmin məsələni aydınlaşdırmaq olub.
İfadəsində qeyd edib ki, hadisə günü "Mağara" kafesində tək əyləşərək pivə içib. Bir müddət sonra Rüstəm və onun tanışları ilə aralarında söz mübahisəsi yaranıb. Həmin şəxslər onu öz masalarına çağırıblar, daha sonra isə ona qarşı aqressiv davranmağa başlayıblar.
Təqsirləndirilən şəxs bildirib ki, əvvəlki mübahisənin səbəbi zərərçəkmiş şəxsin qardaşı barədə dediyi sözlər olub. Bu məsələ ilə bağlı tərəflər arasında daha əvvəl də mübahisə yaşanıb və hətta əlbəyaxa dava baş verib.
Samir hadisə günü evdən bıçaq götürmədiyini, kafedə olarkən Rüstəmin əlində bıçaqla üzərinə gəldiyini iddia edib. Həmin an özünü müdafiə etmək məqsədilə masanın üzərində olan mətbəx bıçağını götürərək qarşı tərəfə hərəkət etdirib və nəticədə zərərçəkmiş şəxs xəsarət alıb.
Məhkəmədə verdiyi ifadədə o, Rüstəmi qəsdən öldürmək niyyətində olmadığını, hadisənin qarşılıqlı mübahisə və yaranmış gərgin vəziyyət fonunda baş verdiyini bildirib.
İş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər sənədlər məhkəmə tərəfindən araşdırılaraq qiymətləndirilib.
Kamal Məmmədov
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
Ən son xəbərləri səhifəmizdən də izləyin