Bakıda son günlər ağcaqanadların sayının nəzərəçarpacaq dərəcədə artdığı müşahidə olunur. Sakinlər bunu ardıcıl yağan yağışlar və bəzi əraziləri su basması ilə əlaqələndirirlər.
Problemin həlli üçün hansı addımlar atılmalıdır? Yağışlardan sonra yaranan ağcaqanad problemi müvəqqətidir, yoxsa uzunmüddətli təhlükəyə çevrilə bilər?
Globalinfo.az-a danışan ekoloq Arzu Mustafayev deyib ki, güclü yağışlardan sonra durğun su hövzələrinin artması, su basmış ərazilərin yaranması ağcaqanadların populyasiyasının sürətlə çoxalmasına səbəb olur:
“Çünki ağcaqanadlar yumurtalarını məhz su mühitində qoyurlar və dişi ağcaqanad bir dəfəyə təxminən 100-300 yumurta qoya bilir. Hazırda Azərbaycanda tropik xəstəliklər yayan ağcaqanad növləri yoxdur. Vaxtilə malariya halları qeydə alınsa da, hazırda ölkədə bu xəstəliyə rast gəlinmir. Bununla belə, Cənubi Qafqaz, o cümlədən Azərbaycan pələng ağcaqanadının yayılması baxımından riskli ərazi kimi qiymətləndirilir. Çünki bu növ artıq qonşu Gürcüstan və Türkiyədə aşkarlanıb. Hazırda Azərbaycanda geniş yayılması təsdiqlənməsə də, iqlim dəyişiklikləri bu riski artırır”.
A.Mustafayev bildirib ki, iqlim dəyişmələri, intensiv yağıntılar və havanın temperaturunun qısa müddətdə 35 dərəcəyə qədər yüksəlməsi ağcaqanadların çoxalmasına əlverişli şərait yaradır:
“Əsas problemlərdən biri yağış sularının düzgün idarə olunmamasıdır. Durğun su sahələrinin vaxtında aradan qaldırılmaması ağcaqanadların çoxalmasını sürətləndirən əsas amillərdəndir. Xəzər dənizinin səviyyəsinin enməsi nəticəsində sahilboyu ərazilərdə bataqlıqlaşmanın artması da bu prosesə təsir göstərən ekoloji amillərdən biridir”.
Ekoloqun sözlərinə görə, vətəndaşlar fərdi səviyyədə müəyyən qabaqlayıcı tədbirlər görə bilərlər:
“Həyət və yaşayış sahələrinin yaxınlığında olan açıq su qablarını boşaltmaq, kiçik durğun su ocaqlarını aradan qaldırmaq, pəncərələrə tor quraşdırmaq və ağcaqanadlardan qoruyucu vasitələrdən istifadə etmək bu baxımdan faydalıdır.
Şəhər təsərrüfatı baxımından təkcə dərmanlama tədbirləri problemi tam həll etmir. Çünki bu, uzunmüddətli və yüksək effektiv həll yolu deyil. Əsas məsələ yağış sularının idarə olunması sisteminin düzgün qurulmasıdır.
Bununla yanaşı, bu məsələ bioloji təhlükəsizlik baxımından da qiymətləndirilməlidir. Şəhər icra hakimiyyətləri və aidiyyəti qurumlar qabaqlayıcı tədbirləri özündə əks etdirən fəaliyyət planları hazırlamalı, müşahidələr əsasında risk artdığı dövrlərdə həmin planlara uyğun şəkildə sanitariya və profilaktik tədbirləri vaxtında həyata keçirməlidirlər”.
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
Ən son xəbərləri səhifəmizdən də izləyin