BURADA REKLAMINIZ OLA
BİLƏR

Mətanət Əliverdiyeva efirdə ağladı - Köməyinə gəldilər - VİDEO

Canlı efirdə yaşanan duyğusal anlar izləyicilərin diqqətini çəkib.

 

Hadisə əməkdar artist Fərqanə Qasımovanın ana mövzusuna həsr olunmuş yeni layihəsinin təqdimatı zamanı baş verib. Verilişin aparıcısı Mətanət Əliverdiyeva layihə haqqında danışarkən duyğularına hakim ola bilməyib və göz yaşlarını saxlamaqda çətinlik çəkib.

 

Studiyada kövrək anlar yaşanarkən efirin qonağı olan əməkdar artist Dilarə Əliyeva vəziyyətə müdaxilə edib. Aktrisa aparıcının özünü toparlaması üçün söhbəti davam etdirərək qısa müddətlik aparıcılıq rolunu üzərinə götürüb.

 

Dilarə Əliyevanın bu addımı həm studiyada, həm də sosial şəbəkələrdə müsbət qarşılanıb. İzləyicilər onun həmkarına göstərdiyi dəstəyi yüksək qiymətləndiriblər.Milli.Az

 

Tarix: 19 İyun 2026, 11:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin