BURADA REKLAMINIZ OLA
BİLƏR

Aydın Mirzəzadə: “Sülh müqaviləsi imzalandıqdan sonra Ermənistan rəhbərinin Azərbaycana səfəri mümkün ola bilər”

Məlum olduğu kimi, Ermənistan Baş naziri Nikol Paşinyan dəvət olunacağı təqdirdə, Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Azərbaycana gələcəyini açıqlayıb.

 

Milli Məclisin deputatı Aydın Mirzəzadə Pravda.az-a açıqlamasında deyib ki, Azərbaycanla Ermənistan arasında diplomatik əlaqə olmasa da, Bakıda keçirilən bir sıra beynəlxalq tədbirlərdə vaxtaşırı Ermənistanın hökumət üzvləri iştirak edirlər.

 

Deputat qeyd edib ki, Azərbaycan buna ev sahibi kimi şərait yaradır: “Ermənistan öz konstitusiyasından Azərbaycana ərazi iddiası müddəasını çıxardıqdan sonra qısa zamanda sülh müqaviləsi imzalanacaq və həmin müqavilədə, o cümlədən diplomatik əlaqələrin yaradılması da nəzərdə tutulacaq. Belə olan halda isə artıq Ermənistan və Azərbaycan arasında tək beynəlxalq tədbirlərdə iştirakla bağlı deyil, ikitərəfli əlaqələrlə bağlı da səfərlərin təşkil edilməsi adi hala çevriləcək. O cümlədən nə vaxtsa Ermənistan liderinin də Bakıya səfəri sülh müqaviləsindən sonra mümkün ola bilər. Diplomatik əlaqələrimiz olacaqsa, qarşılıqlı surətdə səfirliklərimiz fəaliyyət göstərəcəksə, Ermənistan rəhbərinin Azərbaycana gəlməsi həmin dövrdə mümkün ola bilər. Yəni hər şey sülh müqaviləsinin imzalanması və ondan sonra yaranan şəraitdən asılı olaraq mümkün olacaq”.

 

Şəhanə Qədirli

Tarix: 19 İyun 2026, 15:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin