BURADA REKLAMINIZ OLA
BİLƏR

Ekspert: “Kişilər daha çox sürət həddini aşmağa, riskli manevrlər etməyə, qaydaları pozmağa meyillidirlər”

“Beynəlxalq araşdırmalar qadınların bu bacarıqlara görə motosiklet idarə etməyə daha az uyğun olması barədə qəti nəticə ortaya qoymur. Motosiklet sürmək həqiqətən də yüksək konsentrasiya, sürətli qərarvermə, koordinasiya və təhlükələri vaxtında qiymətləndirmə bacarığı tələb edir. Sürücülük təhlükəsizliyinin cinsiyyətdən daha çox təlim, təcrübə, intizam və risk davranışları ilə bağlı olduğunu vurğulayırlar. ABŞ, Avropa ölkələri, Yaponiya və digər inkişaf etmiş dövlətlərdə milyonlarla qadın motosikletdən gündəlik nəqliyyat vasitəsi kimi istifadə edir. Son illərdə qadın motosikletçilərin sayı bir çox ölkələrdə artmaqdadır və motosiklet istehsalçıları artıq qadın sürücülər üçün xüsusi modellər və təhlükəsizlik proqramları hazırlayırlar”.

 

Bunu Pravda.az-a açıqlamasında nəqliyyat üzrə texniki ekspert Razil Nağıyev deyib.

 

Onun sözlərinə görə, yol təhlükəsizliyi üzrə statistik məlumatlar göstərir ki, kişilər daha çox sürət həddini aşmağa, riskli manevrlər etməyə və qaydaları pozmağa meyillidirlər: “Qadın sürücülər isə ümumilikdə daha ehtiyatlı davranış nümayiş etdirirlər. Bu səbəbdən yol hərəkəti təhlükəsizliyinin qiymətləndirilməsində əsas meyar sürücünün cinsiyyəti deyil, onun davranışı, hazırlıq səviyyəsi və məsuliyyətli sürücülük vərdişləri hesab edilməlidir. Mövzuda nəzərə alınan amillərdən biri də fiziki xüsusiyyətlərdir. Orta hesabla qadınların bədən quruluşu və əzələ gücü kişilərdən fərqlənsə də, müasir motosiklet bazarında müxtəlif boy və çəki göstəricilərinə uyğun modellər mövcuddur. Düzgün motosiklet seçimi və peşəkar təlim bu fərqlərin təsirini minimuma endirir”.

 

Şəhanə Qədirli

Tarix: 20 İyun 2026, 10:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin