BURADA REKLAMINIZ OLA
BİLƏR

Qazaxıstan yanacaq qaçaqmalçılığının qarşısını almaq üçün nəzarəti gücləndirir

Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinə, Maliyyə Nazirliyinə və Maliyyə Monitorinqi Agentliyinə neft məhsullarının qanunsuz daşınması sxemlərinin müəyyən edilməsi və qarşısının alınması məqsədilə dövlət sərhədində nəzarəti gücləndirmək tapşırılıb.

 

Pravda.az AZƏRTACA-a istinadla xəbər verir ki, bu barədə tapşırığı Baş nazir Oljas Bektenov verib.

 

Xarici amillərin təsirini nəzərə almaqla neft məhsulları bazarındakı mövcud vəziyyətə həsr olunan müşavirədə Oljas Bektenov neft məhsullarının daxili bazarda sabitliyin təmin edilməsində strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb.

 

Hazırda müəyyən növ neft məhsullarının avtonəqliyyatla Qazaxıstan hüdudlarından kənara çıxarılmasına və yüngül distillatların dəmir yolu nəqliyyatı ilə daşınmasına qadağa qüvvədədir, həmçinin avtonəqliyyat vasitələrinin dövlət sərhədini sutkada 1 dəfədən çox olmamaqla keçməsinə məhdudiyyət tətbiq edilib.

 

Qazaxıstanın neft emalı zavodları daxili bazarın tələbatını təmin edərək ştat rejimində işləyir. Ölkədə benzin, dizel və aviasiya yanacağı ehtiyatı 1 milyon tonu ötür ki, bu da istehlakçıların cari tələbatını tam ödəyir. Prioritet qaydada neft məhsulları ilə yanacaqdoldurma məntəqələri, kənd təsərrüfatı istehsalçıları, həmçinin yerli aviadaşıyıcılar təmin olunur.

Tarix: 20 İyun 2026, 13:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin