Hər il Azərbaycanda 23 iyun tarixi Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi qeyd olunur. Bu, dövlət idarəçiliyinin səmərəli fəaliyyətinin təmin edilməsində mühüm rol oynayan dövlət qulluqçularının əməyinə verilən yüksək qiymətin ifadəsidir. Azərbaycanda müasir, şəffaf və peşəkar dövlət idarəetmə sisteminin formalaşdırılması dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən olunub. Bu sahədə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl islahatlar nəticəsində dövlət qulluğu institutu daha da təkmilləşdirilib, vətəndaş məmnunluğunun artırılması, idarəetmədə çeviklik və operativliyin təmin edilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunub. Son illər ölkəmizdə dövlət idarəçiliyinin müasirləşdirilməsi, rəqəmsallaşdırılması və insan resurslarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə genişmiqyaslı proqramlar həyata keçirilib. Dövlət qulluğuna qəbul və vəzifədə irəliləyiş mexanizmlərinin təkmilləşdirilməsi, şəffaflığın artırılması, elektron xidmətlərin genişləndirilməsi, vətəndaşlara göstərilən xidmət keyfiyyətinin yüksəldilməsi aparılan islahatların əsas tərkib hissəsi kimi dəyərləndirilməlidir. Xüsusilə, dövlət-vətəndaş münasibətlərində yeni idarəetmə standartlarının tətbiqi dövlət qulluğunun nüfuzunun möhkəmlənməsinə mühüm töhfə verib. Dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi də dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Əməkhaqlarının mərhələli şəkildə artırılması, sosial təminat mexanizmlərinin təkmilləşdirilməsi, peşə hazırlığı və proqramların genişləndirilməsi dövlət qulluqçularının fəaliyyətinin daha səmərəli təşkilinə xidmət edir. Eyni zamanda dövlət qulluqçularının bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların peşəkar hazırlığının beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə müxtəlif təlim və inkişaf proqramları tətbiq edilir. Bu gün dövlət qulluqçuları ölkənin sosial-iqtisadi inkişafının, dövlət siyasətinin həyata keçirilməsinin, vətəndaşların hüquq və mənafelərinin qorunmasının ön sıralarında dayanırlar. Onların məsuliyyətli fəaliyyəti dövlətçiliyin möhkəmləndirilməsinə, idarəetmənin effektivliyinin artırılmasına və Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsinə mühüm töhfə verir. Dövlət Qulluqçularının Peşə Bayramı Günü də məhz bu fədakar əməyin və dövlətə sədaqətli xidmətin təntənəsi kimi xüsusi əhəmiyyət daşıyır. Hazırda Azərbaycanda 30 minə yaxın dövlət qulluqçusu var, onlardan təxminən 30 faizi qadınlardan ibarətdir.
Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib ki, Azərbaycanda son illər dövlət qulluğu sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm islahatlar həyata keçirilir.

Deputat bildirib ki, bu islahatların əsas məqsədi dövlət idarəçiliyində şəffaflığın artırılması, peşəkar kadrların formalaşdırılması və vətəndaşlara daha keyfiyyətli xidmət göstərilməsidir: “Dövlət qulluğuna qəbul prosesinin müsabiqə və şəffaf mexanizmlər əsasında aparılması bu sahədə atılan vacib addımlardan biridir. Bu yanaşma gənclərin və savadlı mütəxəssislərin dövlət qulluğuna cəlb olunmasına geniş imkan yaradır. Eyni zamanda, dövlət qulluqçularının bilik və bacarıqlarının artırılması üçün müxtəlif təlim proqramları, ixtisasartırma kursları və inkişaf layihələri həyata keçirilir. Dövlət qulluqçularına göstərilən diqqət və qayğı da xüsusi qeyd olunmalıdır. Onların sosial müdafiəsinin gücləndirilməsi, əməkhaqlarının mərhələli şəkildə artırılması, iş şəraitinin yaxşılaşdırılması və peşəkar fəaliyyətlərinin stimullaşdırılması istiqamətində mühüm addımlar atılır. Bu tədbirlər dövlət qulluqçularının öz vəzifələrini daha məsuliyyətlə və səmərəli şəkildə yerinə yetirməsinə müsbət təsir göstərir. Müasir dövrdə rəqəmsal texnologiyaların tətbiqi dövlət idarəçiliyində yeni imkanlar açıb, elektron xidmətlərin genişləndirilməsi həm vətəndaşların işini asanlaşdırır, həm də dövlət qulluqçularının fəaliyyətində operativliyi və şəffaflığı artırır. Bu proses dövlətlə vətəndaş arasında münasibətlərin daha səmərəli qurulmasına xidmət edir. Bu gün Azərbaycanda dövlət qulluğu cəmiyyətin inkişafında mühüm rol oynayan sahələrdən biridir. Həyata keçirilən islahatlar göstərir ki, dövlət idarəçiliyinin müasirləşdirilməsi, insan resurslarının inkişafı və dövlət qulluqçularının sosial rifahının yüksəldilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Dövlət qulluqçularına göstərilən diqqət və aparılan islahatlar dövlət idarəçiliyinin daha səmərəli işləməsinə kömək edir. Bu addımlar həm vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətini artırır, həm də ölkənin inkişafına və dövlət qurumlarının daha da güclənməsinə öz töhfəsini verir. Dövlət qulluğunun nüfuzunun artırılması və bu sahədə peşəkar kadr potensialının gücləndirilməsi gələcəkdə də ölkənin inkişafında mühüm rol oynayacaq”.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elnarə Akimova isə deyib ki, hər bir dövlətin gücü yalnız onun iqtisadi göstəriciləri, ordusu və ya təbii sərvətləri ilə ölçülmür:

“Dövlətin əsl gücü onun idarəçilik sistemində, vətəndaşa münasibətində və bu sistemi ayaqda saxlayan insanların peşəkarlığında özünü göstərir. Bu mənada dövlət qulluqçuları cəmiyyətlə dövlət arasında etimadın formalaşmasında mühüm rol oynayan əsas qüvvələrdən biridir. Bəzən dövlət qulluğu yalnız sənədlərlə işləmək, qərarları icra etmək və ya inzibati funksiyaları yerinə yetirmək kimi qəbul edilir. Əslində isə bu anlayış daha geniş məna daşıyır. Dövlət qulluqçusu vətəndaşın ilk müraciət etdiyi, probleminin həlli üçün üz tutduğu, dövlətin ona münasibətini hiss etdiyi şəxsdir. Buna görə də dövlət qulluğu təkcə vəzifə deyil, həm də böyük məsuliyyət və etimaddır. Müstəqillik illərində Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Dövlət qulluğunun hüquqi bazasının formalaşdırılması, kadr seçimində şəffaflıq prinsiplərinin tətbiqi, müsabiqə və müsahibə mexanizmlərinin genişləndirilməsi, peşəkarlıq meyarlarının ön plana çəkilməsi bu sahədə yeni idarəçilik mədəniyyətinin formalaşmasına şərait yaradıb. Bu gün dövlət qulluğunda bilik, bacarıq və peşəkarlıq əsas meyar kimi qəbul olunur ki, bu da idarəetmənin keyfiyyətinə birbaşa təsir göstərir. Dünyada baş verən sürətli dəyişikliklər dövlət idarəçiliyinə də yeni yanaşmalar gətirib. Azərbaycanda həyata keçirilən rəqəmsallaşma siyasəti, elektron xidmətlərin genişləndirilməsi və idarəetmədə müasir texnologiyaların tətbiqi dövlət qulluğunun fəaliyyətini daha operativ və səmərəli edib. Bu gün vətəndaşların dövlət xidmətlərinə çıxış imkanları əvvəlki dövrlərlə müqayisədə xeyli asanlaşıb. Bunun arxasında isə yeni biliklərə yiyələnən, dəyişən tələblərə uyğunlaşan və öz peşəkar səviyyəsini daim artırmağa çalışan dövlət qulluqçularının əməyi dayanır. Müasir dövlət qulluqçusundan yalnız qanunvericiliyi bilməsi tələb olunmur. O həm də yüksək ünsiyyət mədəniyyətinə malik olmalı, vətəndaşla düzgün münasibət qurmalı, çevik düşünməyi və operativ qərar verməyi bacarmalıdır. Çünki dövlət-vətəndaş münasibətlərinin keyfiyyəti bir çox hallarda məhz dövlət qulluqçusunun fəaliyyətindən asılı olur. Dövlət tərəfindən bu sahəyə göstərilən diqqət və qayğı da təsadüfi deyil. Dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi, onların əməyinin qiymətləndirilməsi, peşəkar inkişaf imkanlarının genişləndirilməsi və fəaliyyətlərinin stimullaşdırılması idarəçilik sisteminin daha da möhkəmlənməsinə xidmət edir. Bu qayğı həm də dövlət qulluğunun nüfuzunun artırılmasına, gənclərin bu sahəyə marağının yüksəlməsinə şərait yaradır”.
Deputat vurğulayıb ki, bu gün Azərbaycan yeni inkişaf mərhələsini yaşayır: “Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, sosial və iqtisadi layihələrin uğurla icrası, dövlət xidmətlərinin daha da təkmilləşdirilməsi güclü və peşəkar idarəçilik sistemi tələb edir. Hər bir uğurlu layihənin, həyata keçirilən proqramın və qəbul olunan qərarın arxasında isə minlərlə dövlət qulluqçusunun zəhməti dayanır. Onlar çox vaxt görünməsələr də, dövlət mexanizminin fasiləsiz işləməsinə mühüm töhfə verirlər. Dövlət qulluğunun əsas fəlsəfəsi xalqa xidmətdir. Bu xidmət yalnız vəzifə öhdəliyi deyil, həm də mənəvi məsuliyyətdir. Dövlət qulluqçusu öz fəaliyyəti ilə vətəndaşın dövlətə olan inamını gücləndirir, dövlət siyasətinin cəmiyyətə çatdırılmasında mühüm missiya yerinə yetirir. Məhz buna görə də bu sahədə çalışan insanlar hər zaman yüksək peşəkarlıq, dürüstlük və məsuliyyət nümunəsi göstərməlidirlər. Dövlət qulluqçularının peşə bayramı eyni zamanda dövlətçiliyə sədaqətin, xalqa xidmət prinsipinin və məsuliyyətli əməyin təntənəsidir. Ölkəmizin inkişafına töhfə verən bütün dövlət qulluqçularına minnətdarlıq hissi ilə yanaşır, onların gələcək fəaliyyətlərində yeni uğurlar arzulayırıq. Çünki güclü dövlətin təməlində məhz peşəkar idarəçilik və öz işinə vicdanla yanaşan insanlar dayanır”.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova da deyib ki, dövlət idarəçiliyi prinsipləri vətəndaşların müasir dövlət idarəçiliyindən gözlədiyi dəyərləri və davranışları ifadə edən standartların məcmusu, eyni zamanda əhatəli bir çərçivəsidir:

“Verilən tərifdən də göründüyü kimi sözügedən sahə əhatəli olmaqla yanaşı, həm də çərçivəlidir. Bu baxımdan onun özünəməxsus standartları mövcuddur. Bu gün dövlətlər dövlət idarəçiliyindəki çatışmazlıqları aradan qaldırmaq və daha yaxşı xidmət göstərmək üçün müxtəlif islahat səyləri həyata keçirirlər. Çünki dövlət idarəçiliyi davamlı inkişafa, iqtisadi artıma, rəqabət qabiliyyətinin yüksəldilməsinə və daha yaxşı həyat keyfiyyətinin təmin olunmasına yönəldilməlidir. Həm bu gün, həm də gələcəkdə cəmiyyətdə mövcud olan əsas problemlərin həlli üçün əməli fəaliyyət ortaya qoyulmalıdır. Daha yaxşı siyasət istiqamətlərinin hazırlanması, yüksək keyfiyyətli və istifadəçi mərkəzli xidmətlərin göstərilməsi, dövlət vəsaitlərinin səmərəli idarə olunması, şəffaflığın və hesabatlılığın təşviq edilməsi, eləcə də vətəndaşların dövlət qurumlarına inamının artırılması əsas hədəflər olmalıdır. Bu hədəflərdən bir bələdçi kimi istifadə edilməlidir. Müasir dünyamızda dövlət idarəçiliyinin daha rəqəmsal, açıq və şəffaf, çevik və innovativ olması gözlənilir. Dövlət idarəçiliyi sadəcə daxili amilləri nəzərə almamalı, həm də xarici təsirlərə qarşı daha çox dayanıqlılıq nümayiş etdirməlidir. Dövlət qulluğu dövlət qulluqçularından və onların siyasətçilər tərəfindən verilən tapşırıqları və qərarları həyata keçirərkən göstərdikləri ümumi fəaliyyətdən ibarətdir. Dövlət qulluqçuları korpusu mərkəzi və yerli dövlət idarəçiliyi qurumlarında çalışan insanlardan ibarətdir. Hər bir ölkədə dövlət qulluğunun əhatə dairəsi fərqlidir. Bir çox ölkələrdə dövlət qulluğu yuxarı, orta və aşağı səviyyələrdə, eləcə də əlaqələndirici, müstəqil və köməkçi qurumlarda çalışan dövlət qulluqçularından ibarətdir. Bəzi ölkələrdə karyera sistemi ənənəvi iyerarxik dövlət idarəçiliyinin, rasional bürokratiyanın və rəsmiləşdirilmiş əməliyyat qaydalarının üstünlük təşkil etdiyi modellərdə mövcuddur. Digər ölkələrdə isə vəzifə sistemi, praqmatik idarəetmə prinsipləri və liderlik amilinin üstünlük təşkil etdiyi modellər üstünlük təşkil edir. Təbii ki, burada heç bir modeli tam şəkildə ayırd etmək mümkün deyil. Çünki bir modelin xüsusiyyətləri digər modelin xüsusiyyətləri ilə qarışır və bir-birini tamamlayır. Gələcəyin dövlət qulluqçuları daha mürəkkəb və çevik şəraitdə fəaliyyət göstərməyə hazır olmalıdırlar. Onlar dəyişikliklərə daha tez uyğunlaşmalı, daha müstəqil qərarlar qəbul etməli olacaqlar. Həmçinin gələcəyin dövlət qulluqçularının daha məsuliyyətli, hesabatlı və performansa yönəlmiş yeni səriştə və bacarıqlara malik olmaları gözlənilir”.
Politoloq bildirib ki, dövlət idarəçiliyi və dövlət qulluğu müasir idarəetmə sisteminin əsas sütunlarını təşkil edir: “Onlar dövlət siyasətinin həyata keçirilməsində, ictimai xidmətlərin göstərilməsində və dövlət institutlarının səmərəli, şəffaf fəaliyyətinin təmin edilməsində mühüm rol oynayırlar. Dövlət qulluğu ləyaqət və peşəkarlıq prinsiplərinə əsaslanmalıdır. Hesabatlılıq, şəffaflıq, səmərəlilik, dürüstlük və etika, operativlik və cavabdehlik, qanunun aliliyi kimi prinsiplər dövlət qulluğunun əsas dayaqları hesab olunur. Şübhəsiz ki, bu prinsiplər vətəndaşların dövlətə olan inamını daha da gücləndirir. Azərbaycanın müstəqilliyinin ilk illərində dövlət idarəçiliyində müşahidə olunan çətinliklərin aradan qaldırılması, güclü dövlət institutlarının formalaşdırılması və peşəkar kadr potensialının yaradılması Ümummilli Lider Heydər Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən biri olub. Ümummilli Lider Heydər Əliyev dövlət idarəçiliyində peşəkarlığın, intizamın və xalqa xidmət prinsipinin vacibliyini daim vurğulayırdı. 1998-ci ildə qəbul edilən “Dövlət qulluğu haqqında” qanun ölkədə meritokratiya, şəffaflıq və peşəkarlıq prinsiplərinə əsaslanan dövlət qulluğu sisteminin formalaşmasına təkan verdi. Sonrakı mərhələlərdə isə bu sistem dövlət idarəçiliyinin ayrılmaz tərkib hissəsinə çevrildi. Cənab Prezident İlham Əliyevin rəhbərliyi dövründə dövlət qulluğunda institusional islahatlar daha da genişlənib, elektron hökumət sistemləri tətbiq edilib, dövlət xidmətlərinin keyfiyyəti yüksəldilib və insan amili dövlət siyasətinin mərkəzinə yerləşdirilib. Cənab Prezident İlham Əliyev dövlət qulluqçuları ilə bağlı vurğulayıb: “Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır”. Dövlət qulluğu vəzifə sahibi olmaq deyil, vətəndaşlara xidmət göstərmək, onların problemlərinin həllinə çalışmaq və dövlət maraqlarını qorumaq deməkdir. Cənab Prezident İlham Əliyev çıxışlarının birində bildirib ki, “Dövlət qulluqçusu həmişə xatırlamalıdır ki, o, xalqın xidmətçisidir. İnsanlara xidmət etmək, onların qayğıları ilə yaşamaq onun əsas vəzifəsidir”. Cənab İlham Əliyev bütün dövlət məmurlarını, o cümlədən Prezidentin özünü də xalqın xidmətçiləri adlandırır. Məhz bu prinsip Azərbaycan dövlətçilik məktəbinin əsas ideoloji sütunlarından birini təşkil edir. Azərbaycanın dövlət qulluğu modeli Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı dövlətçilik konsepsiyası və Prezident İlham Əliyevin həyata keçirdiyi müasir idarəetmə islahatları əsasında inkişaf edir”.
Dövlət qulluqçuları ilə bağlı dövlətin həyata keçirdiyi islahatlardan danışan Vəkillər Kollegiyasının üzvü, vəkil Roman Qaraşov da deyib ki, Azərbaycan Respublikasında dövlət qulluğu sisteminin modernləşdirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlətçilik strategiyasının mühüm istiqamətlərindən biridir:

“Hesab edirəm ki, bu sahədə aparılan islahatların əsas məqsədi dövlət idarəçiliyində peşəkarlığı, şəffaflığı və vətəndaş məmnunluğunu daha da artırmaqdır. “Dövlət qulluğu haqqında” qanununun 15-ci maddəsində təsbit olunan ləyaqət və bilik göstəricilərinə əsaslanan kadr siyasəti dövlət qulluğuna qəbul prosesində obyektivliyin təmin olunmasına xidmət edir. Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilən elektron müsabiqə və müsahibə mexanizmləri bu baxımdan mühüm əhəmiyyət daşıyır. Bu sistem dövlət aparatına daha hazırlıqlı, bilikli və peşəkar kadrların cəlb edilməsinə şərait yaradır. Eyni zamanda bu islahatlar Prezidentin “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda müəyyən edilmiş hədəflərlə də uzlaşır. Dövlət idarəçiliyində rəqəmsallaşmanın genişləndirilməsi, qərarların qəbulunda şəffaflığın artırılması və subyektiv yanaşmaların məhdudlaşdırılması müasir idarəetmə modelinin formalaşmasına xidmət edir. Fikrimcə, bu proses dövlət orqanlarının fəaliyyətində hesabatlılığı gücləndirir və ictimai etimadı artırır. Dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi də aparılan siyasətin mühüm tərkib hissəsidir. “Dövlət qulluğu haqqında” qanunda, eləcə də “Əmək pensiyaları haqqında” qanunda dövlət qulluqçularının sosial təminatı ilə bağlı mühüm müddəalar öz əksini tapıb. Son illərdə əməkhaqqı sisteminin təkmilləşdirilməsi, sosial ödənişlərin artırılması və müvafiq Prezident sərəncamları dövlət qulluqçularının sosial statusunun möhkəmlənməsinə müsbət təsir göstərib. Büdcədə sosial yönümlü xərclərin əhəmiyyətli yer tutması da onu göstərir ki, insan amili və sosial rifah dövlət siyasətinin əsas prioritetlərindəndir. Bu yanaşma dövlət qulluqçularının daha məsuliyyətli, səmərəli və motivasiyalı fəaliyyət göstərməsinə imkan yaradır. Digər mühüm istiqamət isə “elektron hökumət” infrastrukturunun inkişafıdır. “İnzibati icraat haqqında” qanunun tələblərinin rəqəmsal platformalara inteqrasiyası dövlət xidmətlərinin daha çevik, şəffaf və əlçatan olmasına səbəb olub. Elektron xidmətlərin genişlənməsi bürokratik əngəllərin azalmasına, vətəndaşların dövlət orqanlarına müraciət imkanlarının asanlaşmasına və idarəetmədə operativliyin artmasına şərait yaradır. Bütün bunlarla yanaşı, dövlət qulluqçularının peşə etikası və vəzifə borcuna məsuliyyətlə yanaşması xüsusi əhəmiyyət kəsb edir. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunun tələblərinə uyğun fəaliyyət göstərmək dövlət qulluqçusunun əsas vəzifələrindən biridir. Fikrimcə, bu gün aparılan islahatlar Azərbaycanda peşəkar, dövlətə sadiq, hüquqi düşüncəyə malik və vətəndaşlara xidmət prinsipini əsas götürən müasir inzibati korpusun formalaşmasına xidmət edir”.
Aytəkin Qardaşova
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
Ən son xəbərləri səhifəmizdən də izləyin