BURADA REKLAMINIZ OLA
BİLƏR

"İnsanlar mənim haqqımda elə düşünürlər ki, sanki çox varlı qadınam" - Nigar Köçərli

“İnsanlar mənim haqqımda elə düşünürlər ki, sanki çox varlı qadınam. Amma mən bunu başa düşə bilmirəm”.

 

Pravda.az xəbər verir ki, bu sözləri Əli və Nino kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli “Rövşanə ilə gündəm” verilişində deyib.

 

N. Köçərli haqqında səsləndirilən fikirlərlə razılaşmadığını bildirib: “Mən çoxlu qızıl alan deyiləm. Taxdıqlarımın çoxu bjuteriyadır. Gələn pulları dərhal dövriyyəyə buraxırıq. Bu proses heç zaman bitmir. Böyük pul yoxdur, biz bunu dərd də etmirik. Pulu uşaqların təhsilinə, səyahətə xərcləyirik. Bu, bizim üçün çox vacibdir. Biri şəhərdə, biri də kənddə iki evimiz var. Kitab sahəsində böyük pul yoxdur…”

 

Şəhanə Qədirli

Tarix: 22 İyun 2026, 08:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin