BURADA REKLAMINIZ OLA
BİLƏR

Kəmaləddin Heydərov onu Bakı alayının komandiri təyin etdi - FOTO

Fövqəladə Hallar Nazirliyində kadr dəyişikliyi baş tutub.

 

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissəsinin komandiri, polkovnik-leytenant Seyidəhməd Nurayev tutduğu vəzifədən azad edilib.

 

Digər əmrlə Seyidəhməd Nurayev Bakı alayının komandiri təyin olunub.

 

Qeyd edək ki, Seyidəhməd Nurayev bundan əvvəl də Bakı Alayında xidmət edib. manset.az

Fotoları təqdim edirik
Tarix: 22 İyun 2026, 13:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin