BURADA REKLAMINIZ OLA
BİLƏR

“ASAN xidmət” dəftərxana, təsərrüfat və mətbəə mallarının alınmasına 2 milyon sərf edəcək

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) üçün dəftərxana, təsərrüfat və mətbəə mallarının alınmasına 2 043 044 AZN xərclənəcək.

 

Pravda.az-ın xəbərinə görə, xidməti “İnci Group of Companies” QSC həyata keçirəcək.

 

Agentlik və QSC müqavilə bağlayıb.

 

Qeyd: “İnci Group of Companies” 1995-ci ildən fəaliyyət göstərir. “Ofisait” mağazalar şəbəkəsinə malik olan şirkət “Oyal” ticarət nişanı altında məktəb, ofis, idman və rəssamlıq ləvazimatları, məişət əşyaları və texnikası, oyuncaqlar və s. satışı ilə məşğuldur.

 

Cabir

Tarix: 22 İyun 2026, 13:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin