BURADA REKLAMINIZ OLA
BİLƏR

Gürcüstanda yaşayan azərbaycanlıların SAYI

Gürcüstanda yaşayan etnik azərbaycanlıların sayı 268 832 nəfər təşkil edir.

 

Bu barədə Gürcüstan əhalisinin 2024-cü il üzrə siyahıyaalınmasının nəticələrindən məlum olur.

 

Son siyahıyaalınmanın aparıldığı 2014-cü illə müqayisədə qonşu ölkədə yaşayan azərbaycanlıların sayı 15,4% artıb. Soydaşlarımız say baxımından etnik gürcülərdən sonra ikinci yeri tutur. Üçüncü yerdə isə 169 296 nəfərlə etnik ermənilərdir.

 

Qeyd edək ki, Gürcüstanda əhali 10 ildən bir siyahıya alınır. 2024-cü ildə qonşu ölkə əhalisinin sayı 3,9 milyon nəfər təşkil edib ki, bu da 2014-cü ilin göstəricisindən 5,8% çoxdur.APA

Tarix: 22 İyun 2026, 13:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin