BURADA REKLAMINIZ OLA
BİLƏR

Həm sadə, həm də çox ləzzətli: Şam yeməyi üçün özəl seçim

Həm gözə, həm də damağa xitab edən, dadı ilə hər kəsi heyran qoyacaq xüsusi bir resept axtarırsınız? Közlənmiş badımcanın o ecazkar qoxusu ilə ləzzətli küftələrin birləşməsi şam yeməklərinizin imtinaedilməzinə çevriləcək.

 

Pravda.az küftəli badımcan əzməsi reseptini təqdim edir:

 

Badımcan əzməsi üçün:

4 ədəd iri ölçülü badımcan

 

1 su stəkanı süzmə qatıq

 

2 diş əzilmiş sarımsaq

 

1 xörək qaşığı kərə yağı

 

Duz, istiot

 

Küftə üçün:

350 qram çəkilmiş dana əti (qiymə)

 

1 ədəd rəndələnmiş baş soğan

 

1 ədəd yumurta

 

2-3 xörək qaşığı suxari

 

cəfəri

 

Duz, istiot, kimyon, pul bibər

 

Üzəri üçün:

1 xörək qaşığı kərə yağı

 

1 çay qaşığı qırmızı toz bibər

 

Bəzək üçün incə doğranmış cəfəri

 

Badımcanların hazırlanması

İlk növbədə badımcanlara bıçaqla bir neçə yerdən deşik açın. Sobada və ya qazın üzərində yaxşıca közləyin. Közlənən badımcanların qabığını soyun və nazik doğrayaraq əzin.

 

Küftənin yoğrulması və bişirilməsi

Dərin bir qaba qiyməni, rəndələnmiş və suyu sıxılmış soğanı, yumurtanı, suxarını, cəfərini və ədviyyatları əlavə edin. Bütün ərzaqlar bir-birinə qarışana qədər yaxşıca yoğurun. Hazır olan qiymədən qoz ölçüsündə parçalar qoparıb yuvarlayaraq kiçik küftələr formalaşdırın. Az miqdarda yağ əlavə edilmiş tavada küftələrin hər tərəfini bərabər şəkildə qızardın.

 

Əzmənin tamamlanması

Ayrı bir qabda süzmə qatıq, əzilmiş sarımsaq və duzu qarışdırın. Doğradığınız badımcanları bu qarışığa əlavə edib yaxşıca qarışdırın. Kiçik bir tavada kərə yağını əridib üzərinə yüngülcə isidilmiş badımcanlı qarışığı əlavə edin və 1-2 dəqiqə qarışdıraraq ocaqdan götürün.

 

Birləşmə

Geniş və yastı bir servis boşqabına ilıq sarımsaqlı badımcan əzməsini yayın. Üzərinə qızartdığınız isti küftələri düzün. Son olaraq kərə yağında qırmızı toz bibəri qızdırıb yeməyin üzərinə gəzdirin. İncə doğranmış cəfəri ilə bəzəyərək isti halda servis edin.

 

Qeyd: Badımcanları közlədikdən sonra asan soyulması üçün isti ikən bir paketə qoyub ağzını bağlayın və 5-10 dəqiqə gözlədin. Buxar vasitəsilə qabıqları çox rahatlıqla soyulacaq.

 

Əminə Bayramova

Tarix: 22 İyun 2026, 15:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin