BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Dəyişiklik layihəsində kimisə özbaşına psixiatriya müəssisəsinə göndərməkdən söhbət getmir”

Xəbər verdiyimiz kimi, “Psixiatriya yardımı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi psixiatriya yardımı sahəsində qanunvericilikdə mövcud olan hüquqi boşluqların aradan qaldırılması və bu sahədə qaydaların təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Qanun layihəsində psixi pozuntusu olan şəxsə psixiatriya yardımının gecikdirilməsi onun özünün və ya digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə yaratdığı hallarda, həmin şəxsin özünün və ya qanuni nümayəndəsinin razılığı olmadan müayinəyə aparılmasına dair prokurorun və Daxili İşlər Nazirliyinin inzibati araşdırma aparan səlahiyyətli şəxsinin qərarının psixiatriya müayinəsinin aparılması üçün əsaslardan biri kimi müəyyən edilməsi təklif olunur. Dəyişiklik layihəsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

 

Pravda.az-a açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa deyib ki, burada özbaşına kimisə psixiatriya müəssisəsinə aparmaqdan söhbət getmir.

 

Deputat bildirib ki, bunun üçün müəyyən həkim rəyi alınmalıdır: “Bunun üçün əsaslandırılmış qərar qəbul olunmalıdır. Yoxsa müvafiq qanunun bu müddəasından kifayət qədər sui-istifadə etmək mümkün ola bilər. Bu baxımdan burada şərtlərə əməl olunmaqla, bu addımın atılması mümkündür. Bu, xüsusilə də müəyyən məhəllə və ya hansısa kütləvi, izdihamlı yerlərdə qaydaların pozulmasına yönəlik davranışlarda qeyri-adekvat hərəkət edən, psixoloji problemləri olan şəxslərlə bağlı atıla biləcək addımlardan söhbət gedir. Yoxsa hansısa bir motivlə kimisə subyektiv istək üzrə harasa göndərmək deyə qayda yoxdur, nəzərdə tutulmur”.

 

Şəhanə Qədirli

Tarix: 22 İyun 2026, 15:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin