BURADA REKLAMINIZ OLA
BİLƏR

Həm pəhrizdə olanlara, həm qlutensiz qidalananlara: Xırtıldayan çubuqlar

Həm qlutensiz qidalananlar, həm də çay saatlarında sağlam və fərqli bir qəlyanaltı axtaranlar üçün möhtəşəm təklifimiz var. Hazır satılan, tərkibi qatqı maddələri ilə dolu olan peçenyeləri unudun. Evdə asanlıqla hazırlaya biləcəyiniz, xırtıldayan və bol enerji verən günəbaxan tumlu qlutensiz çubuqlar həm uşaqlarınız, həm də sizin üçün əla bir alternativ olacaq.

 

Pravda.az bildirir ki, həm fit qalmaq, həm də ləzzətdən imtina etmək istəmirsinizsə, bu resepti mütləq hazırlayın:

 

Lazım olan ərzaqlar

1 su stəkanı qlutensiz un (və ya badam/düyü unu)

 

1/2 su stəkanı təmizlənmiş günəbaxan tumu (içi)

 

2 xörək qaşığı kətan toxumu

 

2 xörək qaşığı zeytun yağı

 

1/4 su stəkanı ilıq su

 

1 çay qaşığı duz

 

1 çay qaşığı qabartma tozu

 

Üzəri üçün: 1 ədəd yumurta sarısı və bir az əlavə günəbaxan tumu

 

Quru ərzaqların qarışdırılması

Dərin bir qaba qlutensiz unu, qabartma tozunu və duzu əlavə edib qarışdırın. Ardınca günəbaxan tumlarını və kətan toxumunu da bu qarışığa əlavə edin.

 

Xəmirin yoğrulması

Quru qarışığın ortasını hovuz kimi açın. Zeytun yağını və ilıq suyu yavaş-yavaş əlavə edərək xəmiri yoğurmağa başlayın. Qlutensiz unlar adi un kimi asan toparlanmaya bilər, buna görə də xəmir bir-birini tutana qədər bir neçə dəqiqə səbirlə yoğurun. Əgər xəmir çox quru olarsa, bir neçə damcı su əlavə edə bilərsiniz.

 

Çubuq formasının verilməsi

Hazırladığınız xəmirdən kiçik parçalar qoparın və ovucunuzun içində yuvarlayaraq uzun çubuq forması verin. Formalaşdırdığınız çubuqları yağlı kağız sərilmiş soba məcməyinə düzün.

 

Son toxunuş və bişirilmə

Çubuqların üzərinə fırça vasitəsilə yumurta sarısı çəkin və bəzək üçün bir az da günəbaxan tumu səpin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada, çubuqların üzəri qızılı rəng alana və xırtıldayana qədər (təxminən 15-20 dəqiqə) bişirin.

 

Qeyd: Çubuqların daha da ətirli olmasını istəyirsinizsə, xəmirin içərisinə bir az quru kəklikotu və ya rozmarin əlavə edə bilərsiniz. Sobadan çıxdıqdan sonra tam soyumasını gözləyin ki, maksimum dərəcədə xırtıldayan olsunlar.

 

Əminə Bayramova

 

 

Tarix: 22 İyun 2026, 15:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin