BURADA REKLAMINIZ OLA
BİLƏR

DİN-dən tələbənin pulunun mənimsənilməsi məsələsinə REAKSİYA

Dələduzluqla müştərilərin pulunu mənimsəyən "lovegift.baku" adlı "İntagram" satış səhifəsi adını "giftlove.az" kimi dəyişərək fəaliyyətinə davam edir.

 

Bundan əvvəl  90 manat dəyərində "İnstax mini 12" kamera sifariş edən və pulu mənimsənilən tələbə yenidən Pravda.az-a danışıb.

 

O bildirib ki, Daxili İşlər Nazirliyi müraciətlərdən sonra reaksiya verib: "Nazirliyin “102” xidmətinə, eləcə də qurumun rəsmi saytına şikayət ünvanlamışam. Mənə zəng edildi, şikayətim şifahi şəkildə dinlənildi. Sözügedən satış səhifəsi ilə bağlı başqa vətəndaşın da dələduzluğa məruz qaldığı deyildi. Sonradan isə əlaqə saxlanılmadı".

 

Qeyd: "lovegift.baku" ("giftlove.az") səhifəsinin satıcısı ünvan olaraq tələbəyə "Binə ticarət mərkəzi, korpus 1, sıra 4, mağaza 65A ünvanını verib.

 

Aytəkin Qardaşova

Tarix: 22 İyun 2026, 16:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin