BURADA REKLAMINIZ OLA
BİLƏR

Adil Əliyev cəbhəyə təkər göndərənlərə dəstək verdi - FOTO

“Bugün, 12 avqust Beynəlxalq Gənclər günüdür, bu münasibətilə bütün gəncləri təbrik edir, onlara həyatda və fəaliyyətlərində uğurlar arzu edirəm. Beynəlxalq Gənclər günü münasibətilə hərbi xidmətdə olan gənclərimizi mövcud vəziyyətlə əlaqədar ziyarət etmək imkanımız olmadığı üçün bu dəfə gənclərimizi fərqli formatda təbrik etmək qərarına gəldim və onları cəbhədə olan qardaşları üçün təkər yığmağa dəvət etdim”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin sədr müavini Adil Əliyev deyib.

 

A.Əliyev bildirib ki, hazırda 30-dan artıq gənc cəbhədə istifadə olunması üçün təkərlərin yığılması ilə məşğuldur: “Həmin yük maşınlarının günün sonuna qədər yola salınması planlaşdırılır, bu işdə əziyyəti olan hər kəsə şəxsən öz adımdan minnətdaram, əsgərlərimiz bir daha əmin olsunlar ki, Azərbaycan xalqı hər an onların yanındadır və onlarla fəxr edir”.

Fotoları təqdim edirik
Tarix: 12 Avqust 2020, 15:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin