BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazir: Müəllim məktəbdə daha çox vaxt keçirməlidir...

“Məktəb əməkdaşlıq edən bir mühitdir. Bunun üçün də müəllim məktəbdə daha çox vaxt keçirməlidir”.

 

Bunu televiziya kanallarına müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.

 

“Dərsdən başqa müəllimin kifayət qədər işi var ki, biz buna görə müəllimə ayrıca maaş ödəmirik. Müəllimin əməkhaqqısının artırılmasına saat hesabı əsasda yanaşanda buna nail olmaq o qədər də asan deyil. Çünki hər bir müəllimə 20-24 saat dərs saatı vermək olmur. Tam ştatlı müəllim məsələsi həm müəllimin işinin keyfiyyətinin artırılması, həm də əməkhaqqısının artırılması baxımından vacib islahat ola bilər. Amma bu, dediyim kimi, hazırda müzakirə olunan məsələdir. Yəqin ki, yaxın gələcəkdə bununla bağlı təkliflər olacaq. Müəllimin əməkhaqqısı bu şərtlər çərçivəsində orta əməkhaqqından yüksək olmalıdır”, - nazir vurğulayıb.APA

Tarix: 22 İyun 2026, 17:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin