BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakının bu ərazisində yaşıllıq salınır – 4.6 milyon xərclənəcək

Bakı şəhəri, Suraxanı rayonunun inzibati ərazisində Zığ gölünün ətrafında yerləşən ərazilərdə yeni yaşıllıqların salınması və damcılı suvarma sisteminin qurulması işlərinə (1-ci mərhələ) 4 602 873 AZN sərf olunacaq.

 

Pravda.az-ın xəbərinə görə, sifarişçi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-dir.

 

İcraçı isə “Region Mühəndislik” MMC-dir. Şirkətin rəhbəri Hafiz Rəhim oğlu Rəhimovdur.

 

ASC və MMC arasında müqavilə bağlanıb.

 

Cabir

Tarix: 22 İyun 2026, 18:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin