BURADA REKLAMINIZ OLA
BİLƏR

Suqovuşanda anasını qısqanclıq zəminində bıçaqlayan gənclə bağlı QƏRAR

Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Vüqar Ələkbərovun barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, hadisə 10 aprel 2025-ci il tarixdə, saat 14 radələrində Ağdərə rayonu, Suqovuşan qəsəbəsində qeydə alınıb.

 

Belə ki, 2005-ci il təvəllüdlü Vüqar Ələkbərov qısqanclıq zəminində anası M.Ələkbərovanı bıçaqlayıb.

 

Keçirilən tədbirlər nəticəsində V.Ələkbərov polis tərəfindən saxlanılıb.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Ələkbərov 3 il müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə onun apellyasiya şikayəti təmin edilməyib.

 

Kamal Məmmədov

Tarix: 23 İyun 2026, 08:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin