BURADA REKLAMINIZ OLA
BİLƏR

Maşınla ana, qızı və nənəni vuraraq öldürən sürücü kassasiya şikayəti verdi

Bakıda yol qəzası törətməkdə təqsirləndirilən Ayaz Əliyevin barəsindəki qərardan kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Teyyub Muxtarovun sədrliyi ilə araşdırılacaq.

 

İttihama görə, hadisə 28 may 2023-cü il tarixdə saat 21:05-də radələrində paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində qeydə alınıb.

 

Belə ki, 1980-ci ildə təvəllüdlü Əliyev Ayaz Vəli oğlu idarə etdiyi “Nissan Tiida” markalı avtomobillə hərəkət edərkən piyadaların keçidi üçün nəzərdə tutulan keçidin altından yolu keçən piyadalar - 1964-cü il təvəllüdlü Rəsulova Səkinə Baloğlan qızını, onun gəlini 1984-cü il təvəllüdlü Cavadova Samirə Xudayar qızını və sonuncunun qızı 2020-ci il təvəllüdlü Hüseynova Məryəm Nadir qızını vurub. Nəticədə hər üç piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Ayaz Əliyevin barəsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib, hökm dəyişdirilib, Ayaz Əliyevin cəzası 6 il 6 ay həddində müəyyən olunub. “Konstitusiya və Suverenlik İli” münasibəti ilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 3.2-ci bəndinə əsasən, Ayaz Əliyev barəsində müəyyən edilmiş cəza 6 ilə endirilib.

 

Qeyd: Ayaz Əliyev MMC-lərdən birində satış meneceri vəzifəsində çalışıb.

 

Kamal Məmmədov

 

 

 

Tarix: 23 İyun 2026, 08:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin