“Qəbul imtahanının nəticələri ilə bağlı narazılıq, bədbinlik varsa, cəmiyyətin bu məsələni müzakirə və tənqid etməsi təbii haldır. Sosial şəbəkələrdə edilən ən çox səhv bütün günahı Elm və Təhsil Nazirliyinin üzərinə yıxmaqdır. İllərdir, desək də, ictimaiyyət hələ də fərqi bu dərəcədə qavramayıb. Məktəb proqramları və tədrisini nazirlik təşkil edir, amma qəbul imtahanları, sualları hazırlayan və qiymətləndirməni aparan Dövlət İmtahan Mərkəzidir”.
Bu sözləri Pravda.az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Əmrah Həsənli deyib. O bildirib ki, burada günahı bir ünvanda axtarmaq və ya indiki sistemlə əlaqələndirmək doğru nəticəyə aparmaz.

Ekspert qeyd edib ki, söhbət övladların gələcəyindən, fundamental sistemdən gedir: “Bu gün imtahanların ağırlığından, sualların qəlizliyindən, uşaqların üzərinə düşən psixoloji və akademik yükün dözülməz olmasından danışırıqsa, əsas tərəf müqabillərindən biri də Dövlət İmtahan Mərkəzidir. Çünki sualların standartları ilə məktəb proqramları arasında hələ də tam şəkildə uzlaşma yoxdur. Şagird məktəbdə fərqli dinamika görür, imtahanda isə sanki onun biliyini yoxlamaq üçün deyil, onu kəsmək üçün hazırlanmış labirintlərlə qarşılaşır. Təbii ki proqram və imtahan suallarının hazırlanması hər iki qurumun ortaq məsuliyyəti olmalıdır. Amma tənqidləri də tək tərəfə yönəltmək insafsızlıq olar”.
Ə.Həsənli qəbul nəticələrinin əvvəlki illərlə müqayisədə daha aşağı olmasının səbəblərindən bəhs edib: “Öncəki illərlə müqayisədə bu gün repetitorluq asıllığı da pik həddə çatıb. Uşaqlar müəllim yanından çox repetitor yanında vaxt keçirirlər, böyük xərclər sərf edilir. Amma nəticə gözləniləndən aşağı olur. Səbəb budur ki, biz hələ də XXI əsrin uşaqlarına süni intellekt, rəqəmsallaşma dövrünün gəncinə 20 il əvvəlin yaddaş formatlı imtahan modelini diktə edirik. Proqramlar ağır, tələblər mexaniki yaddaşa əsaslanır... Uşaqların üzərinə psixoloji təzyiq dözülməzdir, məktəblərdə psixoloji dəstək mexanizmləri zəifdir. Abituriyentlər imtahan zalına bir status kimi deyil, həyat, ölüm mübarizəsi kimi qatılır. Belə olan halda isə ən savadlı abituriyent belə stresdən potensialını tam şəkildə göstərə bilmir”.
O vurğulayıb ki, Elm və Təhsil Nazirliyi isə son illərdə idarəetmədə rəqəmsallaşma, şəffaflıq, müəllimlərin sertifikasiyası, keyfiyyətin artırılması istiqamətində ciddi addımlar atır: “Təhsil elə bir sahədir ki, bu gün əkilən ağacın bəhrəsini 5-10 ildən sonra görə bilərik. Bu gün imtahan verən abituriyent 11 il əvvəl məktəbə daxil olub, yəni bugünkü aşağı nəticə yanlız indiki rəhbərlik və sistemin deyil, son 10 ilin yığılmış sistem problemlərinin nəticəsidir. Sosial şəbəkələrdə yalnız qınamaqla, hər şeyi bərbad adlandırmaqla irəli gedə bilməyəcəyik. Bizə konstruktiv yanaşma lazımdır. Bu gün təcili olaraq abituriyentlərin yükünü azaltmaq, imtahan formatını humanistləşdirmək, həmçinin Dövlət İmtahan Mərkəzinin sual bazasını məktəbdəki proqramın real vəziyyətinə uyğunlaşdırmalıyıq. Tənqid edilməsi haqlıdır. Çünki cəmiyyət təhsilin içərisindəki disbalansı görür və müəyyən siqnallar verməyə də haqlıdırlar. Bu siqnalları da düzgün oxumaq, günahkar axtarmamaqla, problemləri ortaq masamızda həll etsək, bu zaman müsbət tendensiyaya doğru gediləcək və uşaqlarımızı gələcəyin artıq savadlı psixoloji cəhətdən sağlam vətəndaşına çevirəcəyik”.
Şəhanə Qədirli
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
Ən son xəbərləri səhifəmizdən də izləyin