BURADA REKLAMINIZ OLA
BİLƏR

Hikmət Hacıyev Azərbaycan və Türkmənistan Prezidentlərinin Şuşa səfəri ilə bağlı paylaşım etdi - VİDEO

Azərbaycan və Türkmənistan prezidentlərinin tarixi Şuşa şəhərində birgə gəzintisi iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə yönəlmiş ortaq iradəni əks etdirir.

 

Pravda.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında bildirib.

 

O qeyd edib ki, iki qardaş ölkənin – Azərbaycan və Türkmənistan Prezidentlərinin tarixi Şuşa şəhərində birgə gəzintisi xalqlarımız arasında mövcud olan möhkəm dostluq bağlarının, ortaq mədəni irsin və qarşılıqlı etimadın bariz ifadəsi olmaqla yanaşı, strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsinə yönəlmiş ortaq iradəni əks etdirir.

 

Tarix: 23 İyun 2026, 12:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin