BURADA REKLAMINIZ OLA
BİLƏR

Paşinyanın partiyadaşları və müxalifət üzvləri arasında dava düşdü

Bu gün İrəvan şəhər Ağsaqqallar Şurasının iclasında hakim “Vətəndaş müqaviləsi” partiyasının nümayəndələri ilə müxalifət üzvləri arasında dava düşüb.

 

“News.am”ın xəbərinə görə, qarşıdurmaya seçkilər zamanı seçicilərin pulla ələ alınması ilə bağlı səslənən ittihamlar səbəb olub.

 

Müxalifət blokunun “Ana Ermənistan” fraksiyasının üzvləri hakim partiyanı seçki pozuntularında ittiham ediblər. Buna cavab olaraq İrəvan merinin müavini Armen Pambuxçyan müxalifət nümayəndələri ilə mübahisə etməyə başlayıb.

 

Bundan sonra başlayan söz qarşıdurması tərəflər arasında davaya çevrilib. Dava zamanı tərəflər bir-birinə su şüşələri atıb.

 

Hadisədən sonra İrəvan Ağsaqqallar Şurasının iclasında fasilə elan olunub.

Tarix: 23 İyun 2026, 14:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin