BURADA REKLAMINIZ OLA
BİLƏR

Hazırda satılan qarpız təhlükəlidir? – AÇIQLAMA

“Hazırda bazarda satılan qarpızların “dərmanlı” və ya sağlamlıq üçün təhlükəli olduğunu demək doğru deyil. Bu fikir daha çox insanlar arasında yayılan narahatlıqdan qaynaqlanır. Qarpızın tez yetişdirilməsi zamanı bəzi təsərrüfatlarda gübrələrdən və bitki mühafizə vasitələrindən istifadə oluna bilər, lakin bu, məhsulun mütləq zərərli olması anlamına gəlmir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında qida mühəndisi Fərid Səfərov deyib.

Nazilə Səfərlinin paylaşımı mübahisə yaratdı: Şairə məsuliyyətə cəlb  olunacaq? – VİDEO » www.Bia.Az

Onun sözlərinə görə, əsas risk mövsümdən çox əvvəl yetişdirilən qarpızlarda normadan artıq nitrat qalığının olmasıdır: “Bu xüsusilə azyaşlı uşaqlar, hamilə qadınlar və həssas şəxslər üçün arzuolunmaz hesab edilir. Buna görə də erkən mövsümdə qarpız alarkən etibarlı satış məntəqələrinə üstünlük vermək vacibdir. Qarpız alarkən onun xarici görünüşünə, bütöv olmasına və saxlanma şəraitinə diqqət yetirmək lazımdır. Kəsilmiş şəkildə satılan qarpızlar isə mikroblarla çirklənmə riski daşıdığı üçün tövsiyə edilmir. Uşaqlara qarpız vermək mümkündür, lakin məhsulun keyfiyyətinə əmin olmaq və ilk dəfə az miqdarda təqdim etmək daha məqsədəuyğundur. Ümumilikdə, qarpızın təhlükəli olub-olmaması onun mövsümündən çox, yetişdirilmə və saxlanma şəraitindən asılıdır. Mövsümün qızğın dövründə yetişən qarpızlar adətən daha təhlükəsiz və daha keyfiyyətli hesab olunur”.

 

Şəhanə Qədirli

Tarix: 23 İyun 2026, 17:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin