BURADA REKLAMINIZ OLA
BİLƏR

Qoyunları canavardan qorumağın qeyri-adi üsulu tapıldı

Avstriyalı fermer Rudolf Şaubax qoyunları canavarlardan qorumaq üçün xüsusi bir "zireh" hazırlayıb.

 

Fermer bu addımı Avstriya və qonşu Almaniyada ev heyvanlarına canavar hücumlarının artması səbəbindən atıb.

 

Qeyd olunur ki, bu ixtiranın hazırlanmasına təxminən üç il vaxt sərf olunub. Müəllifin ideyasına görə, üzərində tikanlı çıxıntılar olan yüngül plastik tor qoyunların hərəkətinə mane olmur.

 

Ehtimal edilir ki, canavar hücum zamanı tikanlardan ağrı hiss etdikdən sonra qoyuna təkrar hücum etməyə cəhd göstərməyəcək.

 

Oxu.az

Tarix: 24 İyun 2026, 08:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin