BURADA REKLAMINIZ OLA
BİLƏR

Qaynını xüsusi amansızlıqla öldürən şəxs cəzasının yüngülləşdirilməsini istəyir

Bakıda qaynını öldürməkdə təqsirli bilinən Həsən Həsrətovun barəsindəki qərardan kassasiya şikayəti verilib.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Zaur Hüseynovun sədrliyi ilə araşdırılacaq.
 

O, cəzasının yüngülləşdirilməsini istəyir.
 

Qeyd: Hadisə 2023-cü il dekabrın 2-də saat 23:45 radələrində Nizami rayonu Qara Qarayev prospektində baş verib. Belə ki, 1978-ci il təvəllüdlü Zamanov Rasim Fəxrəddin oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.


Aparılan araşdırma tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən, 1980-ci il təvəllüdlü Həsrətov Həsən Məmməd oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.


İlkin istintaqda Həsən Həsrətovun aralarında yaranmış mübahisə zamanı qayını Rasim Zamanova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub.
 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Həsən Həsrətov 18 il müddətinə azadlıqdan məhrum edilib.


Kamal Məmmədov 

Tarix: 24 İyun 2026, 09:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin