BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə evə maskalı basqın edərək qadını hədələyən şəxslə bağlı qərar verdi


Ali Məhkəmədə quldurluqda təqsirləndirilən Rəşad Məmmədovun barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.


İttihama görə, hadisə 06 dekabr 2023-cü il tarixdə saat 08 radələrində Qəbələ rayonunun Zarağan kəndində qeydə alınıb.


Belə ki, Rəşad Məmmədov kəndə qohumunun həyətinə hasarın üzərindən keçməklə daxil olub. Sonra o, evdə tək olan zərərçəkmiş Məlahət Quliyevaya (adı, soyadı şərtidir) qarşı basqın edib qolundan tutaraq üzərində gəzdirdiyi mətbəx bıçağı ilə onu hədələyib. Bu zaman Rəşad qadından pul və qızıl-zinət əşyaları tələb edib. Məlahət Quliyeva isə ona müqavimət göstərib sifətindəki maskanı çıxarmaq istəyib. Rəşad isə oradan qaçaraq uzaqlaşıb.


Hadisədən sonra Rəşad Məmmədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 8 il müddətinə azadlıqdan məhrum edilib. Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib.


Kamal Məmmədov 


Tarix: 24 İyun 2026, 10:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin