BURADA REKLAMINIZ OLA
BİLƏR

TBMM Azərbaycan və Türkiyə arasında hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Memorandumu təsdiqləyəcək

Türkiyə Böyük Millət Məclisi “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu”nu təsdiqləyəcək.

Bunu TBMM sədri Numan Kurtulmuş bildirib.

Numan Kurtulmuş deyib ki, imzalanan beynəlxalq sənədlər planlaşıdırılan qrafikə uyğun olaraq müzakirəyə çıxarılaraq ratifikasiya edilir: “İmzalanan beynəlxalq sənədlər mütləq TBMM-də qəbul edilir və qüvvəyə minir”.

Qeyd edək ki, “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu” 2025-ci il iyulun 22-də İstanbul şəhərində imzalanıb, 2025-ci ilin dekabrında Milli Məclis tərəfndən ratifikasiya edilib.APA

Tarix: 24 İyun 2026, 11:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin