BURADA REKLAMINIZ OLA
BİLƏR

AQTA-dan hüquq müdafiəçisinə CAVAB: “Ətin markalanması üçün adi çap, poliqrafiya və ya ofis möhür mürəkkəblərindən istifadə olunmur”

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi  ət məhsullarının üzərinə vurulan möhür üçün kimyəvi məhluldan (“çernil”) istifadə olunması, hətta belə halda sağlam ətin də orqanizm üçün təhlükə yaratması barədə yayılan iddalara aydınlıq gətirib.

 

AQTA-dan Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, beynəlxalq baytarlıq təcrübəsində, o cümlədən Avropa ölkələrində ətin markalanması üçün adi çap, poliqrafiya və ya ofis möhür mürəkkəblərindən deyil, qida məhsulları üçün nəzərdə tutulmuş boyalardan istifadə olunur.

 

“Ölkəmizdə də tətbiq edilən bu yanaşma qida təhlükəsizliyi sahəsində tələblərə cavab verir və istehlakçılar üçün hər hansı əlavə sağlamlıq riski yaratmır. Əksinə, baytarlıq möhürünün mövcudluğu həmin ətin baytarlıq-sanitariya ekspertizasından keçdiyini, insan istehlakı üçün yararlı hesab edildiyini və rəsmi nəzarət prosedurlarının həyata keçirildiyini təsdiq edir”, - açıqlamada qeyd olunub.

 

Xatırlatma: Ətə vurulan möhürün təhlükəli olması barədə məlumatı hüquq müdafiəçisi Sahib Məmmədov yaymışdı.

 

Aytəkin Qardaşova

Tarix: 24 İyun 2026, 13:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin