BURADA REKLAMINIZ OLA
BİLƏR

Ərdoğan: İsrail 10 gündür ABŞ-İran razılaşmasını pozmaq üçün əlindən gələni edir

İsrail ən kiçik sülh ehtimalına belə dözmür.

 

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın iclasında deyib.

 

“İndi daha həssas yanaşma tələb edən bir prosesin içərisindəyik. İsrailin ən kiçik sülh ehtimalına belə dözmədiyini bilirik. Son 10 gündür razılaşmanı pozmaq üçün əlindən gələni edir. Bölgəmizə sülh gələcəksə, İsrailə rəğmən gələcək”, - Türkiyə Prezidenti qeyd edib.

 

Ərdoğan vurğulayıb ki, İran böhranının davamlı həllinə nail olmaq üçün bütün mümkün dəstəyi göstərəcəklər.APA

Tarix: 24 İyun 2026, 14:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin