BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda 5,3 milyonluq restoran hərracda satılacaq - FOTOLAR

Uzun illərdir Lənkəranda fəaliyyət göstərən “Əzizə” restoranı hərracda satılacaq. Xitab24.az-ın əldə etdiyi məlumata görə, Gərmətük qəsəbəsi ərazisində yerləşən obyekt hərrac yolu satılacaq.

 

İlkin bazar qiyməti 5 milyon 377 min manat olan əmlak hərracda 4,570,450 manata təklif olunur.

 

Əmlak kompleksi kimi müəssisə – Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən 0.56 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsi daşınar əşyalarla birlikdə hərraca çıxarılıb. Buraya “Əzizə” gözəllik salonu və “Əzizə” çay evi də daxildir.

 

Qeyd edək ki, 20 ilə yaxındır fəaliyyət göstərən restoranın hərrac yolu ilə satışa çıxarılmasının səbəbi iki qardaş - Elman Məmmədov və Eldar Mamedov arasındakı mülk mübahisəsi və bunun əsasında yaranmış əmlak bölgüsüdür.


Full Screen

Full Screen

 

Full Screen

 

Full Screen

 

Full Screen

Full Screen

Tarix: 24 İyun 2026, 22:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin