BURADA REKLAMINIZ OLA
BİLƏR

Şəmkirdə 7 nəfərin öldüyü dəhşətli qəzanın sürücüsü ilə bağlı QƏRAR

Gəncə Apellyasiya Məhkəməsində Şəmkir rayonu ərazisində yol qəzasında 7 nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Abbas Məmmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sevindik Əzizovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, 07 avqust 2025-ci il tarixdə təxminən saat 05 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Şəmkir rayonu, Dəllər-Cəyir kəndi ərazisindən keçən 404-cü kilometrliyində "Mercedes Sprinter" markalı mikroavtobusla "KamAZ" markalı yük avtomobili toqquşub.

 

Araşdırma zamanı məlum olub ki, mikroavtobus hadisə zamanı həlak olan Arif Bağırova məxsus olsa da, sükan arxasına Abbas Məmmədov keçib. Onun idarə etdiyi avtomobil Qazax istiqamətində hərəkətdə olarkən, Abbas Məmmədov sükan arxasında yuxuya gedib və nəticədə ağır qəza baş verib.

 

Qəza nəticəsində Şəadət Bayramov (1992), Bəsti Nəbiyeva (1975), Aydın Pənahov (1977), Qızxanım Tomayeva (1962), Kənan Məmmədov (2008), Fəxriyyə Novruzova (1978) və 1966-cı il təvəllüdlü Arif Bağırov həyatını itiriblər. Bundan əlavə, mikroavtobusda olan bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Məhkəmədə bir nəfər istisna olmaqla, zərərçəkənlərin hüquqi varisləri Abbas Məmmədovu bağışlamayıb və ona ən ağır cəzanın verilməsini tələb ediblər.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Abbas Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

 

 

 

 

Tarix: 25 İyun 2026, 09:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin