Gəncə Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Habil Əsədzadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs öldüyündən onun barəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq) və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilib.
İttihama görə, Habil Əsədzadə 2017-ci ildə gecə saatlarında istintaqa məlum olmayan iki nəfərlə əvvəlcədən cinayət əlaqəsinə girərək özgənin əmlakını ələ keçirmək məqsədilə quldurluq cinayəti törətmək barədə razılığa gəlib. Tərəflər arasında cinayətkar rollar bölüşdürülüb və plan üzrə zərərçəkmiş S.S.-in (adı, soyadı şərtidir) Rusiyanın Yaroslavl şəhəri, Papanin küçəsi, ev 27, korpus 2 ünvanında yerləşən binanın yaxınlığında ələ keçirilməsi qərara alınıb.
Planın icrasına əsasən, qrup üzvləri həmin ünvanda zərərçəkmiş şəxsin gəlməsini gözləyib və daha sonra əvvəlcədən hazırlanmış metal çubuqdan silah qismində istifadə etməklə ona hücum ediblər. İstintaqla müəyyən olunmamış şəxslərdən biri S.S.-in baş nahiyəsinə azı üç zərbə endirib, ardınca isə zərərçəkmiş yerə yıxılaraq əlləri və ayaqları ilə çoxsaylı zərbələrə məruz qalıb.
Bundan sonra Habil S.S-in başını yerə sıxaraq onun müqavimət göstərmək imkanını məhdudlaşdırıb və digər şəxslərlə birlikdə zor tətbiq etməklə talan əməlini həyata keçirib.
Hadisə nəticəsində zərərçəkmiş şəxs qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, üz nahiyəsində çoxsaylı sıyrıqlar və hematomalar, dodaqların cırılması kimi xəsarətlər alıb. Ekspert rəyinə əsasən, bu xəsarətlər birlikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli zərərvurmaya aiddir.
Habilin və digər iştirakçıların zərərçəkmişə məxsus 12 000 rus rublu (357,60 manat), 59 990 rus rublu dəyərində “Samsung” markalı mobil telefon və 2 000 rus rublu dəyərində yaddaş kartını götürərək hadisə yerindən uzaqlaşdıqları, bununla da ümumilikdə 73 990 rus rublu (2 204,90 manat) məbləğində maddi zərər vurulduğu müəyyən edilib.
Beləliklə, Habil Əsədzadə barəsində Rusiya Cinayət Məcəlləsinin 162-ci maddəsinin 2-ci hissəsi və Azərbaycan Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş quldurluq cinayəti üzrə ittiham irəli sürülüb.
Məhkəmə iclasında ifadə verən Habil Əsədzadə özünü tam təqsirli bildiyini qeyd edib. O, ailəsi ilə birlikdə yaşadığını, fəhlə işlədiyini və subay olduğunu söyləyib.
Habilin sözlərinə görə, 2017-ci ildə gecə saatlarında digər şəxslərlə birlikdə Yaroslavl şəhərində yerləşən ünvana gedərək zərərçəkmiş şəxsin əmlakına qanunsuz sahib çıxmaq məqsədilə basqında iştirak edib. O, əvvəlcədən planlaşdırılmış rollara uyğun olaraq cinayət törədildiyini və nəticədə zərərçəkmişin əmlakının ələ keçirildiyini etiraf edib.
Habil Rusiyada həbsdə təxminən 9 ay olduğunu, Apellyasiya məhkəməsinin qərarı ilə buraxıldığını deyib: “Elə başa düşmüşəm ki, cəzadan tam azad olmuşam. Məhkəmənin qərarını Azərbaycan Respublikasının Rusiyadakı səfirliyinə təqdim edərək arayış aldıqdan sonra sərbəst şəkildə ölkəyə gəlmişdim. Sonradan bildim ki, barəmdə axtarış elan edilib.
Qeyd: İstintaq dövründə Habil Əsədzadənin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdi. Onun məhkəmə araşdırması zamanı vəfat etdiyi bildirilir.
Kamal Məmmədov
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
Ən son xəbərləri səhifəmizdən də izləyin