BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Keçidlər inşa olunsa da, piyadalar istifadə etmirlər, özlərini təhlükəyə atırlar”

“Bu gün şəhərdə nəqliyyat sıxlığı mövcuddur. Keçidlər inşa olunsa da, piyadalar istifadə etmirlər, özlərini təhlükəyə atırlar. İnsan itirmək ağır hadisədir...”

 

Pravda.az xəbər verir ki, bu sözləri yol hərəkəti ilə bağlı keçirilən mətbuat konfransında deputat Vüqar Rəhimzadə deyib.

 

“1998-ci ildən bəri zaman və mühit dəyişib. Şəhərimiz böyüyüb. 1998-ci ildə "Yol hərəkəti haqqında" qanun qəbul edilib. Qanuna dəyişikliklə bağlı təkliflərə açığıq. Düşünürəm, təklifləri dəyərləndirib sonda ortaq nəticəyə gəlmək olar”, - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 25 İyun 2026, 11:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin