BURADA REKLAMINIZ OLA
BİLƏR

Toğrul Nəsirli: “Müəllim təbliğ edir ki, uşaqlar, qırmızı işıqda yolu keçməyin, amma sonra özü buna əməl etmir”

“Edilən xəbərdarlıqlara və həyata keçirilən tədbirlərə baxmayaraq qəza hadisələri artır. Piyadaların iştirakı ilə baş verən hadisələrin böyük əksəriyyəti piyada keçidlərindən keçilməməsi nəticəsində baş verir. Piyada zolaqlarında nizamlamanın düzgün olmaması, yolu keçərkən mobil telefondan istifadə nəticəsində də qəza hadisələri yaranır”.

 

Pravda.az xəbər verir ki, bu sözləri yol hərəkəti ilə bağlı keçirilən mətbuat konfransında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və ictimai işlər üzrə rəisi, polis kapitanı Toğrul Nəsirli deyib.

 

“Müəllim təbliğ edir ki, uşaqlar, qırmızı işıqda yolu keçməyin, amma sonra özü yolu keçərkən buna əməl etmir”, - bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 25 İyun 2026, 11:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin