BURADA REKLAMINIZ OLA
BİLƏR

"Yol hərəkəti nişanlarını tanımayanlar sürücülük vəsiqəsi alırlar" - Deputat

"Azərbaycanda il ərzində 600-700 nəfər yol nəqliyyat hadisəsi nəticəsində həyatını itirir. 1000 nəfərdən artıq əlillik dərəcəsi alır. Bu barədə maarifləndirmə məktəbdən başlamalıdır. Şagird biologiyanı yaxşı bilməyə bilər,  amma yol hərəkəti qaydalarını bilməməsi digər insanların həyatı üçün də təhlükə yaradır. Sirr deyil ki, hətta yol hərəkət nişanlarını tanımayanlar var. Belələri sürücülük vəsiqəsi alırlar. Onlar cinayətin tərkibi hissəsinə çevrilirlər".

 

Pravda.az xəbər verir ki, bu sözləri yol hərəkəti ilə bağlı keçirilən mətbuat konfransında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə deyib.

 

 Deputat bildirib ki, piyada məsuliyyəti də hər kəsdə yoxdur:

 

"Piyada keçidlərindən keçirilmir. Əvvəllər reydlər olurdu, sistemli işlər görülürdü, cərimə yazılırdı. İndi bu da yoxdur. 8-ci kilometr, Ukrayna dairəsində bu gün xaos var. Körpülərin tikilməsində problem çoxdur. 3-cü mikrorayon körpüsündə olduğu kimi bəzi körpülər heç nəyə yaramır. Gün ərzində 3-4 saat sıxlıq səbəbindən mənzil başına çata bilmirik. Sürücülər də adi dəyişikliklərə belə aqressiv reaksiya verirlər".

 

Aytəkin Qardaşova

Tarix: 25 İyun 2026, 12:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin