BURADA REKLAMINIZ OLA
BİLƏR

“Alibaba” Pentaqonu məhkəməyə verdi

Çinin texnologiya nəhəngi “Alibaba” ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) qarşı federal məhkəmə iddiası qaldırıb.

 

“CBS News” telekanalının yaydığı məlumata görə, Kaliforniya federal məhkəməsi qarşısında qaldırılan iddiada Pentaqonun “Alibaba”nı Çin Silahlı Qüvvələri ilə əlaqəli şirkətlər siyahısına daxil etməsinə etiraz ifadə olunub.

 

Şirkətdən verilən açıqlamada deyilir ki “Alibaba” nə Çin hərbi şirkətidir, nə də hər hansı hərbi-mülki birləşmənin bir hissəsidir. Pentaqonun qərarını özbaşına və əsassız adlandıran şirkət “Alibaba”nın siyahıdan çıxarılmasını tələb edib.

 

Xatırladaq ki, bir müddət əvvəl Pentaqon texnologiya nəhəngi “Alibaba”nı, elektrik avtomobil istehsalçısı BYD-ni və “Baidu” axtarış sistemini Çin hərbi şirkətləri siyahısına əlavə edib və onların ABŞ ilə müqavilə bağlamasına qadağa qoyulub.Azərtac

Tarix: 25 İyun 2026, 15:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin