BURADA REKLAMINIZ OLA
BİLƏR

Sağlam qidalananlar üçün unsuz lavaş dürümü

Çörək və ya klassik lavaşa daha sağlam alternativ axtarırsınızsa, bu resept tam sizə görədir.


Pravda.az bildirir ki, un istifadə olunmadan hazırlanan tərəvəz lavaşı həm yüngül, həm də doyumlu olması ilə diqqət çəkir.


Lazım olan ərzaqlar


1 ədəd yaşıl qabaq
1 ədəd kök
2 ədəd yumurta
4 xörək qaşığı qatıq
Yarım çay qaşığı duz
Zövqə görə qara istiot
Zövqə görə qırmızı istiot
Bir az xırda doğranmış şüyüd
Üzəri üçün küncüt


Hazırlanması


Qabağı və kökü sürtgəcdən keçirin. Qabağın suyunu yaxşıca sıxın. Küncüt istisna olmaqla bütün ərzaqları dərin qabda qarışdırın. Qarışığı yağlı kağız sərilmiş soba listinə nazik şəkildə yayın. Üzərinə küncüt səpin.


Əvvəlcədən 180 dərəcəyə qədər qızdırılmış sobada təxminən 20-25 dəqiqə bişirin. Altı və üstü yüngül qızardıqdan sonra sobadan çıxarın və soyumağa qoyun.
Soyuduqdan sonra içinə pendir, göyərti və ya istədiyiniz digər içlikləri əlavə edib dürüm şəklində bükərək servis edin.


Qeyd: Bu lavaşı ağ pendir, avokado, toyuq əti və ya müxtəlif göyərtilərlə dolduraraq daha doyumlu hala gətirə bilərsiniz. Soyuducuda saxlayıb ertəsi gün də istifadə etmək mümkündür.


Əminə Bayramova 

Tarix: 25 İyun 2026, 16:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin