BURADA REKLAMINIZ OLA
BİLƏR

Almaniya yığması Ekvadora, Kurasao millisi Fil Dişi Sahilinə məğlub olub

2026-cı il dünya çempionatında III turun oyunları davam edir.

 

İkinci oyun günündə E qrupunun 2 görüşü baş tutub.

 

Kurasao millisi Fil Dişi Sahili ilə qarşılaşıb. Matç Afrika təmsilçisinin 2:0 hesablı qələbəsiylə başa çatıb. Xallarının sayını 6-ya çatdıran Fil Dişi Sahili qrupu 2-ci pillədə başa vurub. Kurasao 1 xalla qrup sonuncusu olub.

 

Qrupun digər matçında isə Ekvador Almaniya ilə üz-üzə gəlib. Ekvador güclü rəqibi üzərində vacib qələbə qazanıb: 2:1.

 

Xallarının sayını 4-ə çatdıran Ekvador qrupu 3-cü sırada bitirərək 1/16 final mərhələsinə yüksəlib. Almaniya isə 6 xalla qrupu lider kimi başa vurub.

 

Hər iki qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 00:00-da səslənib.

 

DÇ-2026

E qrupu, III tur

25 iyun

00:00. Kurasao - Fil Dişi Sahili 0:2

 

Qol: N. Pepe, 7, 64

 

 

00:00. Ekvador - Almaniya 2:1

 

Qol: L. Sane, 2, Anqulo, 9, Plata, 78

 

Apasport

Tarix: 26 İyun 2026, 09:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin