BURADA REKLAMINIZ OLA
BİLƏR

Yadigar Sadıqlı: “Müsavat Partiyasının rəhbərliyinin namizədliyimi dəstəkləməyəcəyini bilirdim”

“Müsavat Partiyasının indiki rəhbərliyinin mənim namizədliyimi dəstəkləməyəcəyini bilirdim. Onlar mənimlə əlaqə saxlamadılar, mən də müraciət etmədim. Amma boş yerə vaxt itirməmək üçün, hələ dekabrın 12-də 73 saylı Lənkəran şəhər Dairə Seçki Komissiyasına ərizə ilə müraciət edərək öz təşəbbüsümlə müstəqil şəkildə deputatlığa namizədliyimi irəli sürmüşəm. Amma bunu heç kəsə bildirməmişdim ki, günah mənim üzərimdə qalmasın. "Biz irəli sürəcəkdik, amma özü sürdü" deməsinlər”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Müsavat Partiyasının başqanlığına sabiq namizəd Yadigar Sadıqlı deyib.

 

Y.Sadıqlı bildirib ki, sabah – dekabrın 17-də imza vərəqələrini götürəcək: “Bilirəm, qeydə almaya bilərlər, bilirəm, min bir əngəl törədəcəklər, bilirəm, məhkəməmdə üzümə duranlar kimi məxluqları yenə üstümə göndərəcəklər, bilirəm, yenə xeyli zəhmət və əsəb xərcləyəcəm. Bir çoxları kimi say xətrinə formal namizədlik olmayacaq, həqiqətən mübarizə aparacağam. Tanrı utandırmasın”.

Tarix: 16 Dekabr 2019, 17:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin