BURADA REKLAMINIZ OLA
BİLƏR

Parisdə xəstəxanalar doldu, spirtli içki qəbulu və satışı qadağan edildi - Riskləri azaltmaq üçün...

Fransanın paytaxtı Parisdə davam edən güclü isti hava dalğası fonunda yeni məhdudiyyətlər tətbiq olunur. Paris polis prefekti Patris For bildirib ki, Paris və ətraf bölgələrdə xəstəxanalar artıq doludur.

 

Prefektin sözlərinə görə, yüksək temperatur səbəbindən xəstəxanalara yerləşdirilənlərin sayı durmadan artır və səhiyyə müəssisələri getdikcə daha böyük təzyiq altında fəaliyyət göstərir.

 

Mövcud vəziyyəti nəzərə alan yerli hakimiyyət orqanları profilaktik tədbirlər paketini elan edib. Qərara əsasən, cümə günü saat 12:00-dan etibarən Parisdə ictimai yerlərdə spirtli içkilərin qəbulu qadağan edilir.

 

Bundan əlavə, həmin gün saat 18:00-dan sonra spirtli içkilərin satışı dayandırılacaq. Hakimiyyət bu tədbirlərin isti hava dalğasının yaratdığı sağlamlıq risklərini azaltmaq və təcili tibbi xidmətlərə düşən yükü yüngülləşdirmək məqsədi daşıdığını bildirib.

 

Fransa son günlər tarixinin ən güclü istilərindən biri ilə üzləşib və ölkənin böyük hissəsində yüksək səviyyəli hava xəbərdarlıqları qüvvədə qalır.AZƏRTAC

Tarix: 26 İyun 2026, 11:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin